Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
597

Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "18 May Beynəlxalq Muzeylər günü"nə həsr olunmuş "Misli olmayan xəzinə" adlı tədbir keçirilmişdir.

İCOM Azərbaycan Milli komitəsinin təsis etdiyi  "Muzeylər mədəniyyət mərkəzi kimi-ənənələrin gələcəyi" mövzusu əsasında hazırlanmış tədbir muzeylərin tariximizin, adət ənənələrimizin qorunması, mənəvi dəyərlərimizin yaşadılması baxımından necə böyük əhəmiyyət daşımasına həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Pakizə Mehdiyeva açaraq muzeyin uğurlu fəaliyyətindən, ilk yarımildə keçirilmiş tədbirlərdən danışdı."İlin muzeyi " adını almış bir müəssisə kimi bu ada  layiq olmaq üçün daha uğurlu layihələr həyata keçirəcəklərini qeyd etdi.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev çıxış edərək bu əlamətdar günün yaranma  tarixindən danışdı, muzey işçilərini təbrik edərək, onlara öz fəaliyyətlərində daha böyük uğurlar arzuladı.

Sonra Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov çıxış edərək muzey işinin necə şərəfli bir peşə olduğunu vurğulayaraq, bir zamanlar özünün çalışdığı bu kollektivə yeni-yeni uğurlar dilədiyini bildirdi.

Dərnək üzvləri tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş mətn təqdim olunduqdan sonra bədii hissəyə start verildi. Rəngərang mahnı və rəqslər tədbir iştirakçılarına əsl bayram əhval ruhiyyəsi yaşatdı. Tədbirdə, muzeyin Akademik Zərifə Əliyeva adlı 8 saylı orta mətəbində təhsil alan dərnək üzvləri, M.Babayev adına 1 saylı orta məktəbin şagirlərinin musiqili  çıxışları tədbirə xüsusi rəng qatdı.

Tədbirdə muzeyin fəaliyyətini əks etdirən fotostenddə nümayiş olundu.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb