Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3319

Xalq artisti Azər Paşa Nemətova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olundu

Dekabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, professor Azər Paşa Nemətovu qəbul etdi.

Görüşdə Əbülfəs Qarayev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin 11 avqust 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azər Paşa Nemətov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib: “Dövlətimiz həmişə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqətlə yanaşıb. Mədəniyyət və incəsənət xadimlərinə daim qayğı göstərilib, onların yubileyləri, yaradıcılıq gecələri geniş şəkildə qeyd olunub”.

Nazir Azər Paşa Nemətovun Azərbaycan teatrının inkişafında xüsusi xidmətlər göstərdiyini qeyd etdi. Vurğuladı ki, o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri vəzifəsinə gətirildikdən sonra teatrın fəaliyyətində ciddi irəliləyişlər olub: “İndi teatr öz repertuarını daha da zənginləşdirərək yeni-yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlir. Həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri də yüksək səviyyədə qeyd olunur. İnanıram ki, teatrın gələcək fəaliyyətində bu uğurlar daha böyük səviyyədə davam etdiriləcək”.

Əbülfəs Qarayev bildirdi ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının qəbul edilməsi, ölkə Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlar bu sahənin inkişafına böyük təkan verib. Respublikada mövcud olan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılıb: “Azərbaycan teatrının beynəlxalq səviyyədə tanıdılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Teatrlarımızın yaradıcı kollektivləri bir sıra xarici ölkələrin səhnələrində çıxış edir, eyni zamanda respublikamızda beynəlxalq teatr konfransları və festivallar təşkil olunur”.

Nazir sonda Azər Paşa Nemətovu təltif münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini sənətkara təqdim etdi.

Azər Paşa Nemətov da öz növbəsində xidmətlərinə verdiyi böyük qiymətə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Xalq artisti Azərbaycan teatrının inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğuladı.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib