Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1731

Xalq artisti Baliyev Yuri Nikolayeviç vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Teatr sənətinin tanınmış nümayəndəsi, istedadlı  teatr  və kino aktyoru, Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Baliyev Yuri Nikolayeviç  2018-ci il mart  ayının  27-də  69  yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.  

Yuri Baliyev 1949-cu il  iyul ayının 22-də Rusiyanın İzberq şəhərində anadan olmuşdur. O, 1975-ci ildə F.Volkov adına Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirmişdir.

1975-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyor truppasına qəbul edilən Yuri Baliyev ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlamışdır. Tanınmış sənətçi doğma teatrın səhnəsində və kinoda yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun böyük ustalıqla ifa etdiyi Qraf Qloster (V.Şekspir “Kral Lir”), Roqojin (F.Dostoyevski “Əbləh”), Şamrayev, Smirnov (A.Çexov “Qağayı”, “Ayı”), Kapitan Bernardo (L.de Veqa “Nə yardan doyur, nə əldən qoyur”), Koşon (J.Anuy “Torağay”), Semyon (İ.Babel “Qürub”), Marko (A.Miller “Körpüdən mənzərə”), Bertye (F.Brukner “Napoleon 1”), Çingizxan (M.Şaxanov “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri “Burla Xatun”), Farisey (A.Volodin “İsanın anası”), Zabit, Həkim (Elçin “Cəhənnəm sakinləri”, “Teleskop”), Professor (N.Rəsulzadə “Nonsens”), Kazarin (M.Lermontov “Maskarad”), Qonaq (N.Gəncəvi “Yeddi gözəl”), Çuqunov, Lupaçov (A.Ostrovski “Qurdlar və quzular”, “Gözəl kişi”), Burqomistr (V.Korkiya, A.Lavrin “Kazanova: sevgi dərsləri”), Knyaz Didiani (Q.Səid “Əli və Nino”), Maks (V.Denisov “Sanset bulvarı”) və başqa obrazlar teatr tarixinin parlaq səhifələrini təşkil edir.

İstedadlı aktyor “Babək”, “Tehran-43”, “Ovsunçu”, “Hökmdarın taleyi”, “Nigarançılıq”, “Küçələrə su səpmişəm”, “Arxada qalmış gələcək”, “Aktrisa”, “Sübhün səfiri”, “Qanlı Yanvar”, “Qala” bədii filmlərində uğurla çəkilmişdir. 

Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsü idi. 

Unudulmaz sənətkar, gözəl insan Yuri Baliyevin əziz xatirəsi bütün  sənətsevərlərin  qəlbində  əbədi  yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Dövlət Rus Dram Teatrı

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi