04.12.2018 10:45
2018-ci ildə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən onlarla filmdə təkrarolunmaz ekran əsərləri, parlaq xarakterlər yaratmış Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 ili tamam olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Həsən Məmmədovun 80 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamının icrasını təmin etmək üçün cari ilin dekabr ayının 6-da saat 11:30-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda 2 nömrəli N.Gəncəvi adına tam orta məktəbində tanınmış kino simalarının, ailə üzvlərinin iştirakı ilə yubiley gecəsi keçiriləcəkdir.