Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3117

Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirildi

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirildi.

Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov qalibləri təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, dövlətimiz milli ifaçılıq sənətini, xalq çalğı alətlərinin inkişafını daim diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən bir də istedadlı uşaq və gənclərin yaradıcılığını stimullaşdırmaq üçün bu yöndə layihələr gerçəkləşdirməkdir: “Məhz bu uğurlu siyasət nəticəsində biz beynəlxalq sahədə də böyük uğurlar əldə etmişik. Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi sayəsində milli ifaçılıq sənəti nümunələrimiz, o cümlədən muğam ifaçılığı, aşıq sənəti, tar və kamança ifaçılıq sənətləri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb”.

Nazir müavini müsabiqə haqqında məlumat verdi. Dedi ki, ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə təşkil edilən müsabiqə 7 nominasiyada 3 yaş qrupu üzrə (9-12 yaş, 13-15 və 16-18 yaş) keçirilib. Müsabiqə bütün musiqi təhsili müəssisələrini əhatə edib. 800 nəfərə yaxın şagird və tələbə seçimlərə qatılıb. İki turdan ibarət müsabiqənin I mərhələsi (15-31 may) Gəncə, Şəki və Lənkəran, İsmayıllı, Bərdə və Quba şəhərlərində, II mərhələ isə 7-9 iyun tarixində Bakı şəhərində gerçəkləşib. Xalq artisti Ramiz Quliyevin rəhbərliyi ilə münsiflər tərəfindən iştirakçılar arasında seçim aparılaraq qaliblər müəyyən olunub. Münsiflər həmçinin bölgələrdə ustad dərsləri keçiblər.

Rafiq Bayramov çıxışının sonunda bir daha qalibləri təbrik edərək valideyn və müəllimlərə, münsiflərə təşəkkürünü bildirdi, qaliblərə yeni uğurlar arzuladı.

Xalq artisti Ramiz Quliyev çıxışında ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açdı. Bildirdi ki, Azərbaycanda bədii təhsil sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi yer tutur. Bu baxımdan müsabiqənin çox böyük əhəmiyyəti var: “Müsabiqə bütün musiqi təhsili müəssisələrində çalışan şagird, müəllim və konsertmeysterlərin bacarığını nümayiş etdirmiş oldu. Çox sevindirici haldır ki, müsabiqə gənclər yeni bir yol açır. Seçimlər çox şəffaf şəkildə keçirilib və bu gün fəxrlə deyə bilərik ki, musiqi sənətimizin gələcəyi etibarlı əllərdədir və bu sahədə yüksək inkişaf var. Bölgələrdə də bədii təhsil üçün gözəl şərait yaradılıb. Bu gün qalib olan gənclər gələcəkdə musiqimizi mötəbər beynəlxalq müsabiqələrdə təbliğ edəcəklər. Bütün qalibləri təbrik edir, gənclərə sənət yollarında uğurlar arzulayıram”.

Çıxışlardan sonra müsabiqənin 15 nəfər qalibinin iştirakı ilə konsert proqramı təqdim olundu. Gənclərin tar, kamança, saz, qanun, qarmon, balaban və nağara alətlərində Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət çıxışları böyük maraqla qarşılandı. Gənc istedadların rəngarəng çıxışları, səhnədə bir-birindən maraqlı texnikaları tamaşaçıların sürəkli alqışları ilə mükafatlandırıldı.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib