Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1703

Xalq yazıçısı Elçinin Misirdə ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirildi

İyunun 1-də Milli Kitabxanada görkəmli nasir, dramaturq, tənqidçi, Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Tərcümə Mərkəzi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Əvvəlcə Xalq yazıçısının yaradıcılığına həsr olunan film nümayiş olundu. Filmdə görkəmli ədəbiyyat və sənət adamlarının Elçin yaradıcılığı haqqında fikirləri yer alıb.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirdi ki, Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir. Onun bədii yaradıcılığının janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir. Qeyd olundu ki, müəllifin ərsəyə gətirdiyi hər bir əsər ədəbiyyatımızda bir hadisə ola bilir. O, daim axtarışdadır, hekayə, povest, roman və dram əsərləri təkcə ölkə daxilində deyil, Azərbaycandan kənarda da sevilə-sevilə oxunur və xarici dillərə tərcümə olunaraq yüksək tirajla çap edilir. Mədəniyyət naziri  Əbülfəs Qarayev tədbirdə çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatında öz dəst-xəttini yaradan yazıçılardan olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Elçinin əsərləri hər zaman elmi araşdırmaların mövzusuna çevrilib, həm gənc, həm də yaşlı nəslin masaüstü kitabı olaraq sevilib. Bu əsərlər öz ikinci ömürlərini kinofilmlərdə və teatr səhnələrində davam etdirirlər: “Elçin yazıçılıqla yanaşı, həm də tanınmış ədəbiyyatşünas alimdir. Onun insani keyfiyyətlərindən danışarkən xüsusilə qeyd etmək lazımdır ki, yazıçı bütün ömrü boyu böyük azərbaycanlı olduğunu sübut edib. Azərbaycançılıq ideyaları kimi mövzuların yorulmaz təbliğatçısıdır. Digər tərəfdən isə o, yaradıcılığında yeni fəlsəfi mövzulara müraciət edir, daim axtarışdadır. Onun yaradıcılığına müraciət edən oxucu hər zaman yeni istiqamətlər kəşf edir”. 

Nazir Elçinin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materialların mövcudluğunu vurğuladı. Qeyd etdi ki, müəllifin Misirdə ərəb dilində nəşr olunan “Baş” romanı görkəmli nasir-dramatur­qun ədəbi fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətdir.

Əbülfəs Qarayev çıxışının sonunda bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 11 may 2018-ci il tarixində Elçinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Nazir ölkə başçısının təbriklərini Xalq yazıçısına çatdıraraq “Şöhrət” ordenini təqdim etdi.

Ədib çıxış edərək dedi: “Həyatımın böyük bir hissəsini sovet dövründə yaşamış bir insan kimi deyə bilərəm ki, bu orden və bundan öncəki dövlət təltifləri mənim üçün adi mükafatlar deyil. Daha əvvəl “İstiqlal” ordeni almışdım. Bu ordenlər mənim üçün ona görə adi ordenlər deyil ki, bunlar müasir müstəqil Azərbaycanın ordenləridir. Bu ordenlərlə qürur duyuram. Fürsətdən istifadə edib bir daha Prezident İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm”.

Təqdimat mərasimində çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov bildirdi ki, müəllifin “Baş” romanı bədii sözün gücündən ustalıqla istifadə olunan tarixi romandır. Yazıçı siyasi mübarizə və müharibə tarixlərinə diqqət yetirib, tarixi şəxsiyyət­lərin daxili aləmini ustalıqla açıb. Müəllif əsərdə özünün hansı xalqa və ədəbiyyata mənsubluğunu dərindən nümayiş etdirib. “Baş” romanı həm də azərbaycançılıq ideologiyasına xidmət edən dəyərli yaradıcılıq nümunəsidir. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etdi ki, Elçinin romanları və ümumiyyətlə yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yeri olan parlaq sənət nümunələrindəndir. Vurğulandı ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi həyatında Elçinin yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Onun əsərləri Rusiyada da geniş oxucu kütləsi tərəfindən sevilir və tanınır.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adel İbrahim çıxışında səfirlik tərəfindən mütəmadi olaraq Azərbaycan Tərcümə Mərkəzi ilə birgə Azərbaycan ədəbiyyatının dünyada və ərəb ölkələrində tanıdılması, təbliği istiqamətində beynəlxalq layihələr həyata keçirilir. Bir çox kitablar ərəb dilinə tərcümə edilərək nəşr olunur. Qeyd edildi ki, Elçinin “Baş” romanını orijinaldan ərəb dilinə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Əhməd Sami əl Aydi tərcümə edib. Kitab Misirin “Əl-Ədəb” nəşriyyatında çap olunub.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında söylədi ki, 60-cı illərin əvvəllərində ədəbiyyata gələn Xalq yazıçısı Elçin elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov müəllifi təbrik etdi. Bildirdi ki, Azərbaycan teatrının ölkəmizin hüdudlarından kənarda tanınmasında Elçin dramaturgiyasının xüsusi yeri var. Dramaturqun “Mənim sevimli dəlim” pyesi Türkiyə Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyası nümunələrindən tamaşaya qoyulan ilk pyes idi. Türkiyə mətbuatı və televiziyası “Dəlixana qaçqını”nı (“Mənim sevimli dəlim” əsərini) Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm hadisə kimi dəyərləndirib. Londonda müəllifin “Şekspir” əsərinin tamaşası da böyük müvəffəqiyyətlə nümayiş etdirilib və geniş tamaşaçı rəğbəti qazanıb. “Mənim sevimli dəlim” pyesi Londonun “Tristan Bates” teatrında uğurlu səhnə təcəssümünü tapıb. Azərpaşa Nemətov Elçinlə teatr sahəsində yaradıcılıq əlaqələrinin tarixindən bəhs edərək bu əlaqələrin bu gün də davam etdiyini diqqətə çatdırdı.

“Baş” romanının ərəb dilinə tərcüməçisi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl Aydi çıxış edərək Misirin ilk azərbaycanşünas alimi kimi 35-ə yaxın Azərbaycan yazıçısının yaradıcılığını tədqiq etdiyini dedi: “Sevindirici haldır ki, bu gün Azərbaycanda tərcümə sahəsində də  böyük işlər  görülür, Misir ədəbiyyatından tərcümələr edilir. Mərkəz olaraq  məqsədimiz iki  ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanının ərəb dilinə tərcüməçisi kimi deyə bilərəm ki, bu roman tək bizim ölkədə deyil, eyni zamanda bütün ərəb ölkələrində sevilə-sevilə oxunmaqla bərabər iki xalqın tarixini, mədəni irsini yaxından tanımasına xidmət edəcək”.

Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Karim Al Rahim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, tənqidçi Əsəd Cahangir çıxış etdilər.  Vurğulandı ki, Elçinin “Baş” romanı klassik ənənələri əks etdirməklə yanaşı, müasir tendensiyaları da özündə ehtiva edir. Tarixi roman kimi əsər həm tarixi faktları, həm də  poetik göstəriciləri qoruya bilib. Roman dünyanın görünən və görünməyən tərəflərini sintez edə bilir. 

Sonda Xalq yazıçısı Elçin tədbirin iştirakçılarına və təşkilatçılarına, kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirdi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib