Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3527

Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi

Mayın 23-də Milli Kitabxanada görkəmli nasir, dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr edilən olunmuş tədbir və “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasının təqdimatı keçirildi.   

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış elm adamları və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi, onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, İlyas Əfəndiyev özünəməxsus yaradıcılıq yolu keçib, ölməz sənət nümunələri yaradıb. Müəllifin dram əsərləri son 70 il ərzində ölkəmizin aparıcı teatrlarının repertuarının əsasını təşkil edir. Bu əsərlər bir neçə aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayıb. İlyas Əfəndiyevin əsərləri dünyanın onlarla ölkəsində müxtəlif dillərə tərcümə olunub.

Daha sonra yazıçının həyat və fəaliyyətini əks etdirən qısa film nümayiş olundu, Milli Kitabxana tərəfindən hazırlanan “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazası təqdim edildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, hər bir yazıçının xalqın yaddaşında yaşamasının əsas səbəbi onun yaradıcılığının özünəməxsusluğudur. Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əziz tutulması, zəngin irsinin rəqəmsal şəkildə təbliği böyük əhəmiyyət kəsb edir.

Nazir 1980-ci ildə ulu öndər Heydər Əliyevin İlyas Əfəndiyevə Dövlət mükafatını təqdim edərkən onun yaradıcılığı haqqında söylədiyi fikirlərdən sitat gətirdi: “İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl, bədii dilinə, həm məzmununa, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir göstərir. Onun kitablarında körpüsalanların çətin işi, neftçilərin qəhrəmanlığı, müasir kəndli həyatı həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir”. Heydər Əliyevin bu sözləri İlyas Əfəndiyev yaradıcılığına böyük mənzərə açır. Yazıçının ədəbi irsi bütün dövrlərdə gənc nəslin təlim-tərbiyəsində xüsusi önəm kəsb edib. İlyas Əfəndiyevin yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının inkişafında da böyük xidmətləri var. Yazıçının ilk əsəri 75 il əvvəl - 1944-cü ildə səhnəyə qoyulub. O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük vətəndaş, vətənpərvər insan idi. Qarabağ mövzusu onun üçün ağrılı mövzulardan idi. Hər il Milli Dram Teatrı mövsümü müəllifin “Hökmüdür və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır. Bu da teatr ictimaiyyəti tərəfindən İlyas Əfəndiyevin xatirəsinə göstərilən böyük ehtiramın bir nümunəsidir.

2014-cü ildə görkəmli yazıçının 100 illiyinin keçirməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladan Əbülfəs Qarayev İlyas Əfəndiyevin adının hər zaman böyük iftixar hissi ilə yad ediləcəyini bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük ədibin yaradıcılığının məziyyətlərindən danışdı: “İlyas müəllimin yazdığı əsərlər həqiqi ədəbiyyat nümunələri idi. Onun sovetlər dönəmində “Sən həmişə mənimləsən” kimi əsərinin Tofiq Kazımovun quruluşunda teatrlarda nümayiş edilməsi sənət ocaqlarına yeni bir ab-hava, yeni estetik prinsip və üslub gətirdi. Onun həm nəsr, həm də dramaturgiya sahəsindəki yaradıcılığı müstəqillik illərində daha da çiçəkləndi. İlyas Əfəndiyevin nəsr əsərlərini ədəbiyyatımızın şah əsərlərindən hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə də müasir dövrdə yazdığı pyesləri ədəbiyyatımızın qızıl fondunda qalacaq”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov İlyas Əfəndiyevin ədəbiyyata “Kənddən məktublar”la gəldiyini dedi: “Yazıçının əsərlərində “xalqdan gəlmədən yazıb-yaratmaq mümkün deyil” ifadəsini görürük. Bu onun yaradıcılığı ilə sübut olunan ifadədir. İlyas müəllimin yaradıcılığında çox güclü kolorit var. Qarabağ mühitinin ifadə tərzi, tarixi, etnoqrafiyası tam bir sistemlə onun yaradıcılığında müşahidə edilir. Çox zəngin publisistikası olan yazıçının etnoqrafik yaddaşı da güclü idi. Dövlətimiz tərəfindən də İlyas müəllimin yaradıcılığı hər zaman yüksək qiymətləndirilib, o, ölkəmiz müstəqillik qazandıqdan sonra 1994-cü ildə “Şöhrət” ordeni alan ilk yazıçımız olub”.

Professorlar Qəzənfər Paşayev, Məryəm Əlizadə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlı, aktrisa, Xalq artisti Firəngiz Mütəllimova çıxış edərək bildirdilər ki, böyük dramaturq əsərlərində dövrün mənəvi-əxlaqi və psixoloji problemlərini ustalıqla əks etdirib. Yazıçının insanpərvərliyi və qayğıkeşliyindən söz açan natiqlər vurğuladılar ki, həyat hadisələrini bütün incəliklərinə qədər təsvir edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.

Sonda çıxış edən Xalq yazıçısı Elçin atası ilə bağlı xatirələrini bölüşdü və onun xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür etdi. Bildirdi ki, vəfatından uzun illər keçməsinə baxmayaraq, İlyas Əfəndiyev hər gün öz oxucusunun və tamaşaçısının yaddaşındadır: “Bu gün dövr də dəyişib, ideologiya da. Amma nə xoş ki, bu gün müstəqil Azərbaycan oxucusundan İlyas Əfəndiyevin gizlədiləcək bir əsəri belə yoxdur. Çünki o bütün yaradıcılığı boyu ideologiyaya deyil, ədəbiyyata xidmət edib. Buna görə də əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi-mədəni mühitində həmişəyaşar olacaq”.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb