Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4841

“Xəmsə”nin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib

 Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi dünya ədəbi-elmi fikrinin hər zaman diqqət mərkəzində olan tükənməz xəzinədir. Şairin dərin, fəlsəfi yaradıcılığı bu gün də Özbəkistan alimləri tərəfindən də böyük maraq və sevgi ilə öyrənilir. Təsadüfi deyil ki, Daşkənd şəhərindəki Dövlət Pedaqoji Universiteti 1936-cı ildən Şeyx Nizaminin adını daşıyır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq bildirdi ki, Nizami “Xəmsə”sinin tam şəkildə özbək dilinə tərcümə edilərək Özbəkistanda çap olunması şairin yaradıcılığının tədqiqi tarixinə əvəzsiz bir töhfədir. 
Qeyd olundu ki, dahi Nizaminin qardaş ölkədə təbliği, özbək oxucusuna öz ana dilində tanıdılması məqsədilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi 2015-ci ildə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin ayrı-ayrılıqda özbək dilinə tərcüməsi barədə Xalq şairi Camal Kamalla müqavlə imzalayıb. Bugünlərdə Nizami irsinin zirvəsi sayılan “Xəmsə”nin bütövlükdə özbək dilinə tərcüməsi başa çatıb. Akademik Nizami Gəncəvinin əsərlərinin Azərbaycan dilində akademik nəşrini başa çatdırmaq üzrə olduğunu qeyd etdi və həmin əsərin də özbək dilinə tərcümə olunması üçün razılıq əldə olunduğunu diqqətə çatdırdı.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Samir Abbasov qurumun fəaliyyətə başladığı ilk gündən özbək və Azərbaycan xalqları arasında mədəni, siyasi əlaqələrin inkişaf etdirilməsi yönündə görülmüş işlərdən danışdı. Bildirildi ki, indiyədək mərkəzin təşəbbüsü və maliyyə dəstəyi ilə 60-dan artıq kitab nəşr edilib. Natiq dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcümə edilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. 
Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Babaxan Şərif Nizaminin əsərlərinin indiyədək özbək dilinə hissə-hissə çap olunduğunu bildirdi. Natiq vurğuladı ki, böyük şairin poeziyada açdığı yolu özündən sonra gələn nəsillər  davam etdirmişlər. 
Tədbirdə çıxış edən tarixçi alim Şöhrət Barlaş Azərbaycan və özbək xalqları arasındakı dostluq əlaqələrinə toxundu, bu istiqamətdə görüləcək işlərdən danışdı.
Rusiyada yaşayan azərbaycanlı türkoloq, professor Tofiq Məlikli, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Ramiz Əskər çıxış edərək təqdim olunan kitabın əhəmiyyətindən danışdılar. R.Əskər hazırda Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsinin başa çatmaq üzrə olduğunu bildirdi. 
Tədbirə yekun vuran akademik Rafael Hüseynov toplantı iştirakçıları adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür məktubu göndəriləcəyini bildirdi.
Təqdimat mərasimində “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya elmlər doktoru Sona Vəliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, Özbəkistan Respublikası Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru, filologiya elmlər doktoru Almaz Ülvi və başqa ziyalılar iştirak edirdilər.  

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı