Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4584

XI “Azərbaycan ailəsi” film festivalı başa çatıb

Noyabrın 21-i Beynəlxalq Muğam Mərkəzində XI “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində təşkil olunan “Həyatdan şəklə” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Festival Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Təqdim olunan işlər görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, komitə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması istiqamətində bir sıra layihələr reallaşdırır: “On bir ildir keçirilən film festivalı da onlardan biridir. İldən-ilə iştirakçılarının sayı artan festival artıq beynəlxalq status qazanmağa başlayır”.

Hicran Hüseynova qeyd edib ki, ailə vətəndaş cəmiyyətinin əsası, insanın ilk sosial mühitidir. Bu institutun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Bütün sahələrdə olduğu kimi, dövlət ailə siyasəti ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla inkişaf etdirilir.

BMT-nin Əhali Fondu Azərbaycan Nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxış edərək dövlət komitəsinin Azərbaycanda ailə institutunun qorunub saxlanılması sahəsində gördüyü işlərə görə minnətdarlığını bildirib və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Münsiflər heyəti adından Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, festival yaratmaq asan, onu yaşatmaqsa çətindir. Layihə çərçivəsində ailə ilə bağlı toxunulan mövzular hüdudsuzdur. Burada mədəniyyət, təhsil, sağlamlıq və digər sahələrin önündə ailə institutunun gəldiyi göstərilir.

Mərasim mükafatlandırma ilə davam edib. “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli film”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər təltif edilib. Əsas nominasiyalarla yanaşı, qarşıya qoyulan mövzuları əks etdirən, ictimaiyyətin diqqətini çəkə biləcək bir neçə film də mükafatlandırılıb. Ümumilikdə 14 iştirakçı təltif edilib.

Qeyd edək ki, martın 1-dən başlayan festivala 41 iştirakçı 49 film təqdim etmişdi və bunlardan müsabiqənin məqsəd və ideyasına uyğun olan 47 film müsabiqəyə buraxılmışdı. Ümumilikdə 11 il ərzində müsabiqəyə 345 rejissorun 386 filmi, o cümlədən 42 xarici (Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakeş və Fransa) film və 144 fotoqrafın 527 foto işi təqdim edilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi