Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
820

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

“Hörmətli festival iştirakçıları. Əziz dostlar.

Sizi – XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə - forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESKO-nun Xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.

Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Əsası ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır. Bu festival ölkəmizlə bərabər inkişaf edir. İnkişaf edərək böyüyür, gözəlləşir, əhatə dairəsi genişlənir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən uzaq ölkələrindən - Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

07.12.2019 11:24
Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti
07.12.2019 10:44
Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətin hazırladığı “Solğun çiçəklər” tamaşasının premyerası olub
06.12.2019 17:20
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə
06.12.2019 16:42
Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib
06.12.2019 16:03
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirildi
06.12.2019 15:23
Sumqayıtda yubiley tədbiri keçirilib
06.12.2019 15:10
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçiriləcəkdir
06.12.2019 14:53
Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
06.12.2019 10:49
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 10:29
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirilib
06.12.2019 10:07
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
06.12.2019 09:17
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 09:01
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub
06.12.2019 08:53
Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq
05.12.2019 17:19
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.12.2019 16:29
MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb
05.12.2019 14:27
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib
05.12.2019 12:05
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb
05.12.2019 11:37
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
05.12.2019 10:57
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
05.12.2019 10:19
“Yeddi nar çubuğu” səhnəyə gəlir
05.12.2019 09:14
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında dəyirmi masa keçirilib
05.12.2019 09:10
Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb
05.12.2019 09:06
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
04.12.2019 18:36
Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
04.12.2019 18:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub
04.12.2019 18:12
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir
04.12.2019 17:39
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.12.2019 16:30
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşüb
04.12.2019 16:07
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04.12.2019 14:23
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illiyi qeyd edildi