24.02.2020 05:37
24 fevral 2020 – ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində Xocalı soyqırımına həsr edilən “Sükut” adlı tədbir – sərgi keçirildi.
İlk olaraq hərbiçilər Azərbaycan İstiqlal Muzeyinin fondlarında qorunub saxlanılan fotolardan ibarət “Sükut” adlı sərgi ilə tanış oldular.
Tədbirin rəsmi hissəsində Xocalı Soyqırımını Tanıtma İctimai birliyinin sədri Şamil Sabiroğlu, Xocalı Soyqırımının canlı şahidi ehtiyatda olan polkovnik – leytenant Zahid çıxış edərək faciə ilə bağlı öz fikirlərini səsləndirdilər.
Sonda hərbiçilərə Xocalı soyqırımını real faktlara özündə əks etdirən sənədli film nümayiş etdirildi.