Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2166

Xorvatiyada keçirilən “Zeytun ağacları mədəni marşrutu” layihəsində ölkəmiz təmsil olunur

14-16 noyabr 2018-ci il tarixində Avropa Şurası və Xorvatiya Turizm Nazirliyinin təşkilatçılığı ilə Mali Losinj adasında “Avropa dəyərləri, miras və davamlı inkişaf üçün Zeytun ağacları mədəni marşrutu modeli kimi” adlı beynəlxalq konfrans keçirilir. Konfransda Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir.

Tədbirdə iştirak edən Mali Losinj adasının meri Anto Nediç, Xorvatiyanın xarici işlər nazirinin müavini Mario Horvatiç və Avropa Şurasının Stefano Dominioni açılış nitqində tədbirin əhəmiyyətindən danışmış, hal hazırda mədəni marşrutların müxtəlif növlərinin Avropa ölkələrində olduqca inkişaf etdiyini və beynəlxalq təşkilatların, eləcə də bu təşkilatlara üzv ölkələrin mədəni marşrutlar layihələrində təmsil olunmasına böyük əhəmiyyət verdiyindən bəhs etmişlər.

Avropa Şurasının layihəsi olan “Zeytun ağacları” layihəsinin son illər geniş yayıldığı və maraqlı mədəni marşrutlardan biri olduğu qeyd edilmişdir.

Məlumat üçün bildiririk ki, Mədəniyyət Nazirliyinin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova və Avropa Şurasının nümayəndəsi Stefano Dominioni arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycanın “Zeytun ağacları mədəni marşrutu”na qoşulması barədə ətraflı müzakirələr aparılmış, paytaxt Bakı ətrafında mövcud olan zeytun bağları, habelə zeytundan hazırlananan qida və kosmetik məhsullar barədə məlumat verilmişdir.

Eyni zamanda ölkəmizin mədəni zənginliyi, YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs reprezentativ siyahısına daxil edilmiş nümunələr haqqında təqdimat həyata keçirilmişdir.

Bildiririk ki, Azərbaycanın bu beynəlxalq mədəni marşruta qoşulması üçün imkanların mövcudluğu həm Avropa Şurası, həm də üzv ölkələrin ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Xatırladırıq ki, son illərdə Azərbaycan bir sıra beynəlxalq təşkilatların layihələri əsasında həyata keçirilən mədəni marşrutlarda təmsil olunur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi