Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2154

“Yarımçıq qalmış ömür”

20 noyabr 2018- ci il tarixində Azərbaycan İstiqlal Muzeyində Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Yarımçıq qalmış ömür” adlı tədbir – sərgi keçirildi.

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir. Ümumi sahəsi 1835 km2 olan Laçın

rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə

malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən

3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594

metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd

çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına

qovuşur. Rayonun əhalisi 01 yanvar 2018-ci il tarixə 76.9 min nəfər olmaqla

respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Laçının müdafiəsi zamanı 267 nəfər şəhid olmuş, 66 nəfər girov götürülmüş, 120 nəfər əlil olmuşdur. Rayonun 5 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

         Sərgidə muzeyin fondlarında və şəxsi arxivlərdə saxlanılan Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Oqtay Güləliyevə, şəhidlər Rüstəm Mirzəyevə, Orucov İlhama, Ələkbərov Bəbirə, Həsənquliyev İmana, Həsənquliyev Vüqara, Zeynalov Kərəmə, Səfərəliyev Bəhmənə, Kərimov Səmədə, İsgəndərov Əliquluya, Allahyarov İlqara, Allahyarov Nurəddinə aid 95 ədəd şəxsi əşyaları nümayiş etdirildi.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuruyeva Türkanə, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon üzrə nümayəndəsi Asif Əliyev, Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, Şəhid Mirzəyevin qohumu Hüseyn Naibov, əmisi oğlu Xəqani Mirzəyev, Qarabağ qazisi Habil Muradov, Laçın rayon Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev  çıxış etdilər.

Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və digər qonaqlar iştirak etdilər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi