Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
9181

“Yarımçıq xatirələr” filmi Penitensiar Xidmətin Mühafizə Alayında nümayiş olundu

Sentyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin təşkilatçılığı ilə “Yarımçıq xatirələr” bədii filmi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında gənc əsgərlər üçün nümayiş olundu.  

Mühafizə alayının Tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev qonaqları salamlayaraq filmin nümayişinin təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, hərbi mövzuda lentə alınan filmlərin gənclər üçün göstərilməsi vətənpərvərlik ruhunun yüksəldilməsi amalına xidmət edir. Diqqətə çatdırıldı ki, filmin nümayişi Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə əlaqədar tədbirlər planı çərçivəsində həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gənclər arasında milli kinomuzun təbliğ olunmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, nazirliyin Kinematoqrafiya şöbəsi mütəmadi olaraq hərbi hissələrdə, məktəblərdə Milli Qəhrəmanlara həsr edilən filmlərin nümayişini təşkil edir.

Qeyd olundu ki, ekran əsəri Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir.

Daha sonra filmdə rol alan aktyorlar Xalq artisti Şamil Süleymanov, əməkdar artistlər Qurban İsmayılov və Bəhruz Vaqifoğlu çıxış edərək filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşdülər. Görüşün təşkil edilməsində əməyi keçənlərə təşəkkürlərini bildirdilər. Vurğulandı ki, son illərdə “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda bir sıra filmlər lentə alınıb və bu filmlərin gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir.

Çıxışlardan sonra film nümayiş olundu. Maralı süjet xəttinə malik olan ekran əsəri gənc əsgərlər tərəfindən rəğbətlə qarşılandı.

Qeyd edək ki, Mədəniyyət və turizm Nazirliyinin sifarişi ilə 2015-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında ekranlaşdırılan filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayevdir. Ekran işinin quruluşçu operatoru Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamları Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları rol alıblar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi