10.01.2019 09:26
Yanvarın 9-da paytaxtdakı 52 və 53 nömrəli tam orta məktəblərin şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.