Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1269

Yazıçı-publisist Əli İldırımoğlunun 90 illiyi qeyd olundu

Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə yazıçı-publisist, Əməkdar jurnalist, “Şöhrət” ordenli Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olundu. Tədbirdə rəsmilər, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Mərasim iştirakçılar əvvəlcə mərkəzin foyesində Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış oldular.

Yubiley gecəsinin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı idi. O, iştirakçıları salamladıqdan sonra sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi.

Nazir yubilyarı təbrik etdi, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu dedi: “Gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb. Onun bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, yaradıcılığının leytmotivində Vətənə sonsuz sevgi dayanır. Bütün bunlarla yanaşı, onun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb”.

Qeyd edildi ki, Qubadlı rayonunun Əliquluuşağı kəndində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu dedi: "Jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun romanlarının hər biri böyük təcrübənin bəhrəsidir və onların qiymətini hələ sonralar dərk edəcəyik".

Vurğulandı ki, qırx il mətbuatda jurnalist kimi çalışdıqdan sonra 80-ci illərdən etibarən bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. Onun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır: “Əli İldırımoğlu qələm adamıdır. Ürəyini kağıza boşaldan söz sahibidir. O, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyindən yazır. Əli İldırımoğlu ona görə yazır ki, o dili gələn nəsillər unutmasın, yazdıqları keçmişlə gələcək arasında körpü olsun. Əli İldırımoğlunun haqqında yazdığı o yerlər, o ata yurdu çoxdandır ki, düşmən tapdağı altındadır. Əli İldırımoğlu həmin qəlbisınıq yerlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə yazır”.

Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyarı rayon ictimaiyyəti adından təbrik edərək ona xatirə hədiyyəsi təqdim etdi.

 

Digər çıxış edənlər yubilyara təbriklərini çatdırdılar. Çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, ölkəni qarış-qarış gəzməsi, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, bütün yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğurulması xüsusi vurğulandı.

Sonra tədbir iştirakçıları Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən filmə baxdılar. Filmdə yazıçının fikirlərinə və xatirələrinə geniş yer verilib.

Yubiley gecəsi Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olundu.

Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

 

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib