21.08.2018 11:29
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası 2018-ci ilin iyul–sentyabr aylarında kitabxana üçün çox əhəmiyyətli olan “Kitabxanaya kitab hədiyyə edirik” aksiyası keçirir. Aksiyada alimlər, yazıçılar, şairlər və oxucular çox böyük maraqla iştirak edirlər.
Aksiyada bu günə qədər 14 nəfər iştirak edib. Onlar M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya 400-ə yaxın kitab və jurnal hədiyyə ediblər.
Aksiyanın əsas məqsədi kitabxana fondlarının müasir, yeni, habelə klassik ədəbiyyatla zənginləşdirilməsi, oxucuların kitabxanalara daha fəal cəlb edilməsi və insanların mütaliə marağının artırılmasıdır.