Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1580

Yevlaxda “Dünya - uşaqların dünyasıdır” adlı tədbir keçirilib

Son illərdə ölkəmizdə bir çox sahələrdə  aparılan  uğurlu  islahatlar  sırasında  mədəniyyət  və  kitabxana işi  sahəsi də vardır. Uşaq və  yeniyetmələrin kitaba, mütaliəyə  marağının  artırılması  Mədəniyyət Nazirliyinin fəaliyyətinin  prioritet  istiqamətini  təşkil  edir. Bu məqsədlə mədəniyyət müəssisələri tərəfindən müxtəlif  layihələr, tədbirlər  hazırlanıb  həyata  keçirilir. Belə  tədbirlərdən  biri  də Yevlax şəhər Mərkəzi  Kitabxanada məktəbli şagirdlərin iştirakı ilə keçirilib.

“Dünya -  uşaqların  dünyasıdır”  adlı  tədbiri giriş sözü ilə Yevlax şəhər MKS – in  direktoru  Vüsalə Məmmədova açıb. Vüsalə Məmmədova tədbir  iştirakçılarını, dəvətli qonaqları salamlayaraq iştirak  etdiklərinə  görə öz  minnətdarlığını  bildirib. Çıxışını davam etdirən Vüsalə Məmmədova tədbir  iştirakçılarına son illər  ölkəmizdə kitabxana  işinə  dövlət səviyyəsində göstərilən  qayğıdan danışıb və bu  kimi tədbirlərin keçirilməsində əsas  məqsədin  uşaq  və  yeniyetmələrin həyatında  kitabın,  mütaliənin əvəzsiz  rolu olduğunu göstərməkdən ibarət olduğunu qeyd edib.     

Daha sonra söz uşaqlara verilib. Belə ki,  “Tıq – tıq  xanım”  nağılı  əsasında  hazırladığı  səhnəcik, “Bir  qalanın  sirri”  bədii filmi əsasında  hazırladığı  “kitabların  rəqsi” səhnəciyi, digər maraqlı milli rəqslər, şən  və  şux  mahnılar  tədbir  iştirakçıları  tərəfindən  böyük maraqla  qarşılanıb. Tədbirin  sonunda  uşaqlar “Kitabsevər  uşaqlar”  adlı  sərgi  ilə də tanış  olublar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi