Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
973

YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir

11 dekabr tarixində YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə Omanda Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı öz işinə başlayıb. 70 ölkədən 700-ə yaxın qonağın qatıldığı forumda 30-dan artıq nazir iştirak edib. Müxtəlif ölkələrin mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi ikinci dünya konfransında əsas mövzu sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsidir.

Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə “İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu  nümayəndə heyəti təmsil edir.

Oman Sultanlığının turizm naziri Əhməd bin Nasser Əl Məhrizinin konfrans iştirakçılarını salamlamasından sonra rəsmi açılış nitqləri ilə YUNESKO Baş direktorunun mədəniyyət üzrə müavini Françeko Bandarin, BMÜTT-nin Baş katibi Taleb Rifai, İslandiyanın Birinci xanımı və BMÜTT-nin xüsusi səfiri Eliza Reyd, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas çıxış ediblər.

Açılış sessiyasından sonra konfrans öz işinə Nazirlərin Dialoqu ilə davam edib. Sessiyada Nazim Səmədov Azərbaycanın turizm sahəsində apardığı islahatlardan, bir sıra ölkələr üçün viza sadələşdirilməsinin tətbiq olunmasından danışıb. O, ixtisaslaşdırılmış turizm üzrə strateji yol xəritəsinin qəbul edildiyini və qeyri-neft sektorunda əsas prioritetlərdən biri kimi turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

“Mədəni turizm sülh və tərəqqi amili kimi” adlı xüsusi sessiyada ölkəmizin sivilizasiyaların qovşağında və qədim ipək yolu üzərində yerləşdiyini bildirən Nazim Səmədov azərbaycanlıların əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, Azərbaycanda fərqli dinlərə sitayiş edən müxtəlif etnik qrupların mehriban qonşuluq şəraitində həyat sürdükləri, ölkəmizin mədəni turizm potensialı barəsində ətraflı məlumat verib. Nazir müavini ölkəmizdə iki ildən bir təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin birgə konfranslarının keçirilmə ənənəsininin mövcudluğunu qeyd edərək 2018-ci ildə YUNESKO və BMÜTT-nin rəsmi tərəfdaşı olduğu “Bakı Prosesi”nin 10 illik yubileyinin keçiriləcəyini bildirib, həmçinin  Dayanıqlı İnkişaf Məqsədlərə nail olmaq üçün Azərbaycanda həyata keçirilən silsilə tədbirləri sessiya iştirakçılarının dıqqətinə çatdırıb.

Tədbirin ilk günü mədəni proqram və iştirakçıların şərəfinə verilən rəsmi ziyafət ilə başa çatıb. Konfrans öz işinə davam etməkdədir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb