"Arşın mal alan"ın yeni Gülçöhrəsi

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası yeni quruluşda tamaşaçılara təqdim olundu.

Qeyd edək ki, milli operamızın banisi, böyük bəstəkar Ü.Hacıbəyli "Arşın mal alan"ı 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil aldığı dönəmdə qələmə alıb. "Arşın mal alan" musiqili komediyası dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında yer tutan şah əsərlərindən biridir.


Daha ətraflı...   Dərc olunub: 525-ci qəzet Müəllif: Aysel Kərim Açar sözləri: opera, balet, komediya


03.12.2015

Muzey işçilərinin ümumrespublika müşavirəsi keçirildi

Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində muzey işçilərinin ümumrespublika müşavirəsi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olundu.

Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirdi. Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində muzey işçilərinin ümumrespublika müşavirəsi keçirildi. 


Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olundu.

Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirdi.



30.11.2015

FAYDALI KEÇİDLƏR