Rəhbərlik
Nazirliyin Aparatı
İncəsənət şöbəsi
Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsi
Kinematoqrafiya şöbəsi
Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsi
Turizm şöbəsi
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi
Elm, təhsil və gənclərlə iş şöbəsi
Beynəlxalq əməkdaşlıq şöbəsi
İnsan resursları şöbəsi
İqtisadiyyat şöbəsi
Maliyyə və uçot şöbəsi
İnvestisiya və əmlakın idarə edilməsi şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Texniki təchizat və proqram təminatı şöbəsi

Vəliyev Ədalət Məqsəd oğlu


Vəzifəsi:

Əlaqə nömrəsi:

E-poçt:

Nazir müavini

+994 12 493 71 88

a.valiyev@mct.gov.az

Rəhbərlik

Vəliyev Ədalət Məqsəd oğlu 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümümtəhsil məktəbində, 1968-1973-cü illər ərzində isə həmçinin 21 nömrəli musiqi məktəbində təhsil almışdır.
Ədalət Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 1978-1980-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və filoloq ixtisası üzrə bitirmişdir.
1980-cı ildən başlayaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləmiş, 1986-1987-ci illərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında,1987-1989-cu illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışmış, 1989-1991-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sərəncamçı direktor, 1991-1993-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında direktor vəzifəsində fəaliyyət göstərmişdir.
1993-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsində çalışmışdır.
2006-cı ildən Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsində işləyir.
Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadiməri İttifaqı İdarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin,Mədəniyyət Fondunun,İlyas Əfəndiyev Fondunun, "Mədəniyyət" qəzetinin, "Mədəniyyət.az" və "İncəsənət" jurnallarının redaksiya heyətinin üzvüdür.
"Çağdaş Azərbaycan teatrının təşkilatlanma problemləri" mövzusunda dissertasiya müdafiə edib.
2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Azərbaycan teatr tarixi", "Teatşunaslığın aktual problemləri", "Teatrın bədii estetik prinsipləri" və "Teatrda menecment işi" fənnləri üzrə pedaqoji fəaliyyətlə məşğuldur.
2003-cü ildə «Elm» nəşriyyatında «Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri» adlı monoqrafiyası nəşr olunub.
2005-ci ildə «Elm» nəşriyyarında «Teatr sənətimiz : dünən,bu gün,sabah... » adlı kitabı nəşr olunub
2007-ci ildə «Elm» nəşriyyarında «Yeni təməl » adlı kitabı nəşr olunub
2009-cü ildə "Əqidə, Ruh və Teatr" (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyası nəşr olunub.
2012-ci ildə Stambulun Still Company nəşriyyatında "The Structure of a Modern Theatre" kitabı ingilis dilində nəşr olunub.
2014-cü ildə İngiltərənin Open Theatres nəşriyyatı tərəfindən " Belief, Spirit and Theatre" kitabı ingilis dilində nəşr olunub.
Müxtəlif illərdə «Qızıl dərviş », «Humay», «Qızıl Qələm» mükafatlarına, Abbasqulu Ağa Bakıxanov adına fəxri diploma, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının döş nişanına, Bakı Dövlət Universitetinin Fəxri Fərmanına, Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının "Sənətkar" medalına layiq görülüb.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Şənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdir.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə teatrşünaslıq kafedrası üzrə Dosent elmi adı verilmişdir.
2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" adına və döş nişanına layiq görülüb.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüşdür.
2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilmişdir.
Ailəlidir. İki övladı və dörd nəvəsi var.

FAYDALI KEÇİDLƏR