Rəhbərlik
Nazirliyin Aparatı
İncəsənət şöbəsi
Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsi
Kinematoqrafiya şöbəsi
Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsi
Turizm şöbəsi
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi
Elm, təhsil və gənclərlə iş şöbəsi
Beynəlxalq əməkdaşlıq şöbəsi
İnsan resursları şöbəsi
İqtisadiyyat şöbəsi
Maliyyə və uçot şöbəsi
İnvestisiya və əmlakın idarə edilməsi şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Texniki təchizat və proqram təminatı şöbəsi

Məmmədəliyeva Sevda Yusuf qızı


Vəzifəsi:

Əlaqə nömrəsi:

E-poçt:

Nazir müavini

+994 12 493 34 63

s.mammadaliyeva@mct.gov.az

Rəhbərlik

Sevda Yusuf qızı Məmmədəliyeva Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır.
1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləmişdir.
Fəlsəfə elmləri doktoru, professordur.
2001-ci ildə "Fəlsəfə" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak etmişdir.
1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir.
1999-cu ildə Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, 2007-2011-ci illlərdə həmin Rəhbər Komitənin Büro üzvü seçilmişdir.

2010-cu ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun rəhbəri, 2011-ci ildən bəri hər iki ildə bir dəfə təşkil edilən 1-ci , 2-ci və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, həmçinin 2013-cü ildə Bakıda keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının, 2015-ci ildə keçirilmiş İSESKO 12-ci Baş Konfransı və İcraiyyə Şurasının Təşkilat komitələrinin sədr müavini olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə yaradılmış BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin üzvüdür.
Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, YUNESKO, İSESKO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil etmişdir.
Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya Polşa, İraq, Dağıstan və Sankt- Peterburq (Rusiya) Hökumətlərarası Komissiyasının üzvüdür.
Bir neçə Beynəlxalq Akademiyaların əcnəbi üzvüdür.Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin Büro üzvüdür. AMEA-nın Fəlsəfə, sosiologiya və hüquq institutunun nəzdində fəaliyyət göstərən D.01115 nömrəli Dissertasiya Şurasının üzvüdür.120-dən çox elmi işin, o cümlədən 9 kitabın müəllifidir.

YUNESKO ilə birgə “Fərqliliklə razılaşaq” və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və BMT baş katibi Ban Ki Moonun önsözü ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu şərəfinə nəşr edilmiş “Mən, Biz, Bizə” Sivilizasiyalar kitabının hazırlanmasında yaxından iştirak etmişdir.
YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Aşıq sənəti", "Novruz Bayramı" (çoxmilli dosye kimi), "Xalça sənəti", "tar ifaçılığı sənəti" faylları, Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısında yer almış "Çövqan Qarabağ atüstü oyunu", kəlağayı sənəti, Lahıc misgərlik sənəti faylları S.Məmmədəliyevanın rəhbərliyi altında işlənib hazırlanmışdır. 
2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülmüş, 2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni ilə, 2015-ci ildə isə Avstriyanın elm, təhsil və incəsənət fəxri orden ilə təltif edilmişdir, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Ailəlidir, bir oğlu var.

FAYDALI KEÇİDLƏR