Rəhbərlik
Nazirliyin Aparatı
İncəsənət şöbəsi
Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsi
Kinematoqrafiya şöbəsi
Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsi
Turizm şöbəsi
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi
Elm, təhsil və gənclərlə iş şöbəsi
Beynəlxalq əməkdaşlıq şöbəsi
İnsan resursları şöbəsi
İqtisadiyyat şöbəsi
Maliyyə və uçot şöbəsi
İnvestisiya və əmlakın idarə edilməsi şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Texniki təchizat və proqram təminatı şöbəsi

Bayramov Rafiq Yasin oğlu


Vəzifəsi:

Əlaqə nömrəsi:

E-poçt:

Aparatın rəhbəri

+994 12 493 76 04

r.bayramov@mct.gov.az

Nazirliyin Aparatı

Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972 ci il tarixində Gürcüstan Respublikasında anadan olub.

O, 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində təhsil almışdır. 1995-ci ildə BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda, ali təhsil ocağında oxuduğu müddət ərzində, BDU-nun “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləmiş, bir sıra elmi məqalələrin müəllifi olmuş, tarixi-tətbiqi araşdırmalarda iştirak etmişdir. 1995-1997-ci illər ərzində ordu sıralarında - Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olmuşdur.

1993-1998-ci illər ərzində qeyri-hökumət gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyət göstərib, həmçinin bir çox yerli və beynəlxalq tədbirlərin (forum və konfransların), regional və ümumrespublika layihələrin həyata keçirilməsində fəal iştirak edib, bir sıra fəxri fərman və diplomlarla təltif olunub.

1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləmişdir. 2001-ci ildən Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirinin köməkçisi vəzifələrində çalışmışdır.

2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin köməkçisi vəzifəsində işləmişdır.

2014-cü ilin iyul ayından Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəridir.

2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.

FAYDALI KEÇİDLƏR