Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
07.05.2024 17:43
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilibMayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub. ..
06.05.2024 18:34
Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilibXəbər verdiyimiz kimi, mayın 6-da mədəniyyət naziri Adil Kərimli Quba şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib. Qəbuldan sonra nazir Quba rayonunun bir sıra kəndlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinə baş çəkib. Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Qəçrəş kənd Diyarşünaslıq klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qəçrəş kənd kitabxana filialı, Qımılqazma kənd klubu və kənd kitabxana filialının fəaliyyəti ilə tanışlıq olub. Müəssisələrin mövcud vəziyyəti və funksionallığı yerində yoxlanılıb, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. ..
06.05.2024 18:05
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun icmalıAzərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilmiş “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun icmalını buradan oxumaq mümkündür. ..
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir. Görüşlərdə sakinlərin problem və təklifləri yerində dinlənilir, məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır. Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu mayın 6-da Quba rayonunda gerçəkləşib. Qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli liderin Quba şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili“ münasibətilə nümayiş etdirilən Quba, Qusar və Xaçmaz uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub. Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib. Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb. ..
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılırMədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində bu gün 12:00-dan etibarən 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbuluna elektron qaydada başlanılır. Bu da vətəndaş məmnuniyyəti, əlçatanlıq, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq. Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi my.culture.az vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcəkdir. 6-31 may tarixlərində tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır. Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün  geniş imkanlar vardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.   Qəbulla bağlı sual yarandığı təqdirdə hər bir rayon üzrə mövcüd olan alternativ dəstək mərkəzlərinə və 147 çağrı mərkəzinə müraciət etməyiniz tövsiyə edilir. Daha ətraflı məlumatı təqdim olunan “Tez-tez verilən sual-cavab“ bölməsi və “Təlimat“ vasitəsilə əldə edə bilərsiniz. ..
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanıAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şəbəkəsinə aid olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan edilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Test imtahanı 2 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 02.05.2024-cü il saat 09:00-dan 22.05.2024-cü il saat 18:00-dək aparılacaq. İşə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəb və mərkəzlərdə mövcud olan vakansiyalarla aşağıdakı linklərə daxil olmaqla tanış olmaq mümkündür: Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu üzrə müsabiqə   Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə   Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydaları   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində direktor və direktor müavini vəzifələri üzrə vakant yerlər   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində müəllim vəzifəsi üzrə vakant yerlər   Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim vəzifəsi üçün vakant yerlər   Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994125650147, daxili 412, 413, 410 ..
04.05.2024 14:53
Mədəniyyət və yaradıcı sənayelər üzrə işçi qrupunun növbəti görüşü keçirilibMədəniyyət Nazirliyində Mədəniyyət və yaradıcı sənayelər üzrə işçi qrupunun 5-ci görüşü keçirilib. Aprelin 30-da mədəniyyət nazirinin müavini və işçi qrupun rəhbəri Səadət Yusifovanın iştirakı ilə keçirilən görüşdə mədəni və yaradıcı sənayelər (MYS) sahəsi üzrə 2023-cü ilin uğurları, “Mədəni və yaradıcı sənayelər üzrə təhsil üçün Təqaüd Proqramı” layihəsi və 2024-cü il üçün icrası planlaşdırılan layihələr, atılacaq birgə addımlar müzakirə olunub. Görüşdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Vergi Xidməti, KOBİA, AZPROMO, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər. ..
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilibVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 3-də Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib. Əvvəlcə qonaqlar 30 illik işğal zamanı Ermənistan ordusunun rayon ərazisində basdırdığı minaların, kustar üsulla hazırlanmış partlayıcı qurğuların və partlamamış hərbi sursatların sərgisi ilə tanış olublar. Minatəmizləmə əməliyyatı haqqında qısa film nümayiş etdirilib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən sessiyada Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı 30 il öncə öz doğma yurdundan didərgin düşüb: “İşğaldan azad edilmiş ərazilərimizə daxil olanda bunu hər kəs görür. Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər yerində olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da bərpa-quruculuq işləri yüksək səviyyədə davam etməkdədir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə sakinlərin köçü başlayacaq. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üzrə, yəni 2026-cı ilin sonunadək Ağdamda 12 kənd və Ağdam şəhərində 5 yaşayış kompleksi inşa olunacaq“. Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Ağdam Azərbaycanın ən çox əhalisi olan şəhərlərindən biri olub: “Ağdam yüzlərlə mədəni abidəyə ev sahiblik edib. Təəssüflər olsun ki, hazırda həmin abidələri görə bilmirik. Otuzillik işğal ərzində Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, eləcə də Ermənistanın müxtəlif yerlərinə daşınıb. Əminəm ki, yaxın gələcəkdə Ağdam çiçəklənəcək, öz əzəmətini yenidən bərpa edəcək“. İşğal müddətində düşmən tərəfindən torpaqlarımıza yerləşdirilən minalardan danışan nazir müavini bildirib ki, Ağdam dünyanın ən çox minalanmış ərazilərindən biridir: “2020-ci ilin Vətən müharibəsindən sonra 60-dan çox insan mina partlayışı nəticəsində həlak olub, 300-dən çox şəxs yaralanıb. Hazırda minaların təmizlənməsi ilə bağlı işlər davam edir. Bu prosesdə ANAMA təşkilatının gördüyü işlər təqdirəlayiqdir“. ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin minaların təmizlənməsi sahəsində təcrübələrini bölüşüb. UNESCO üzrə Malta Milli Komissiyasının sədri, mədəni irs üzrə ekspert Raymond Bondin minaların qeyri-maddi mədəni irs nümunələrinə vurduğu ziyandan danışıb. BMT-nin İnkişaf Proqramının (BMTİP) mütəxəssisi Qadeem Tariq sessiyanın əhəmiyyətini qeyd edib. Söyləyib ki, bu günə qədər Azərbaycan mina təhlükəsi, onun təsirləri ilə bağlı bir çox konfrans keçirib: “Biz ümid edirik ki, bu gün təşkil edilən sessiya beynəlxalq ictimaiyyətin maariflənməsinə müsbət təsir göstərəcək”. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov düşmənin Qarabağa yerləşdirdiyi minalar haqqında məlumat verib: “Biz mədəni irsin dağıdılması zaman vandalizm terminindən istifadə edirik. Sizin Ağdama gələrək bu olanları öz gözlərinizlə görməniz çox vacibdir. Araşdırmalara görə, təkcə Ağdamda 1,5 milyondan çox minanın quraşdırıldığı təxmin edilir. Onlarla tarixi irs nümunəmiz minalanıb. Düşmən hətta qəbiristanlıqlara belə minalar yerləşdirib. Öz yaxınlarının məzarlarını ziyarət edən insanlar həmin minalara düşüblər“. Sessiyadan sonra qonaqlar üçün Ağdam şəhərinə ekskursiya təşkil edilib. Onlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Ağdamda aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar. Ekskursiya zamanı qonaqlar Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxıblar. Daha sonra İmarət kompleksində görülən işlərlə tanışlıq olub, Ağdam Cümə məscidi ziyarət edilib. ..
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb1-3 may tarixlərində ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir. Mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Respublikası Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Foruma qatıldıqlarına görə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və bu qlobal platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Deyib ki, builki Forumun da zəngin proqramı var və bəşəriyyəti narahat edən məsələlər ətrafında faydalı müzakirələr aparılıb. Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır. Görüşə görə təşəkkür edən İtaliya Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulen Forumda iştirakından məmnunluğunu bildirib. Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən qonaq ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. Həmçinin bildirilib ki, İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar. Söhbət zamanı iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ..