Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
485

Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-3 may tarixlərində Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.

 

I PLENAR SESSİYA

Mayın 1-də Konqres Mərkəzdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun I plenar sessiyası “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusuna həsr olunub.

Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru, professor Mayk Hardinin moderatorluğu ilə keçəcək iclasda açılış nitqi ilə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış edəcək. Plenar sessiyanın məruzəçiləri BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev, Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi Jan Kristof Bas, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papin, Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson, ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka, Satyarthi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru Asmita Satyarthi olacaq. Sessiya Bakı Konqres Mərkəzinin Auditorium zalında keçiriləcək.


II PLENAR SESSİYA

Mayın 1-də Konqres Mərkəzdə təşkil olunacaq VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusunda davam edəcək. Plenar sessiyada açılış nitqi ilə BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos çıxış edəcək.

Anna Pavlyuçenko (BMTSA) və Danna Podmolikovanın (BMTSA) moderatorluğu ilə keçəcək sessiyada dünyanın müxtəlif ölkələrindən İosif Brifel (Təqaüd proqramı), Merihan Əl-Salakavi, (Təqaüd proqramı), Linda Nkeçi Emmanuel (Gənc Qadın Sülhqurucuları Təşkilatı), Lin Əlsadiq (Gənc Qadın Sülhqurucuları təşkilatı), Ceyson Vi (Gənclərin Həmrəylik Fondu), Vera Əl-Mövla (Gənclərin Həmrəylik Fondu), Ziya Əllah Baluç ( Gənclərin Həmrəylik Fondu), Atif Rəşid (Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması proqramı), Nuriya Madavili (PLURAL+), Flora Sayill (Nifrətə qarşı Xəbər Nəsli), Hana Mibida (Nifrətə qarşı Xəbər Nəsli), Şiomara Açevedo (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi), Ketrin Marponq (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi), Alister Çarlz (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi), Grasiyan Mkandavire (Qlobal idman proqramı), Leyla Həsənovanın (COP29-un gənc iqlim çempionu) məruzələri dinləniləcək.

 

Forumun rəsmi sosial media hesabları:

https://facebook.com/www.bakuprocess.az
https://instagram.com/bakuprocess.az
https://twitter.com/bakuprocess_az
https://youtube.com/@bakuprocess_az

XƏBƏRLƏR

16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib