Mədəniyyət və Turizm Nazirliyi “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzadır

Mədəniyyət və Turizm Nazirliyi “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzadır

Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Azərbaycan tarix boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bakı Prosesi çərçivəsində Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, bununla yanaşı Bakı Beynəlxalq Humanitar Forumları, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətin multikulturalizm ideyalarına verdiyi önəmin təcəssümüdür. Yuxarıda sadalananların məntiqi davamı kimi, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 yanvar tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. Bununla bağlı cari ilin 11 mart tarixində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsi həyata keçiriləcəkdir. Müsabiqənin təşkil olunmasında əsas məqsəd Azərbaycanda gənclər arasında multikultural dəyərlərin daha da möhkəmlənməsindən ibarətdir.

Müsabiqədə müxtəlif kateqoriyaları əhatə edəcək gənclər (fərdi və ya komanda şəklində), ali təhsil müəssisələri, elm mərkəzləri, gənclər və qeyri-hökumət təşkilatları iştirak edə biləcəkdir. İştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulardan yalnız biri üzrə 3 dəqiqəlik qısametrajlı filmlər hazırlayaraq Təşkilat Komitəsinə təqdim edəcəkdir. 

  • Bakı Prosesi: Multikulturalizmin Azərbaycan modeli;
  • BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və multikulturalizm;
  • Dünya sülhü və multikuluturalizm;
  • Multikulturalizm: Müasir miqrasiya problemlərinin həlli vasitəsi kimi;
  • Multikulturalizm: Münaqişələrin həlli vasitəsi kimi;
  • Azərbaycanda olan multikulturalizm ənənələri və tarixi;
  • Müasir dünyada ayrı-seçkilik, ksenofobiya, islamofobiya və antisemitizmin törətdiyi fəsadlar fonunda multikulturalizm;
  • Dini, milli və mədəni müxtəliflik multikulturalizmin əsası kimi;
  • Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda multikulturalizmə hədə kimi.

Təşkilat Komitəsi müsabiqəyə böyük marağın olduğunu nəzərə alaraq müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzatmışdır.

Hazırlanmış qısametrajlı filmlər 1 noyabr 2016-cı il tarixinədək Təşkilat Komitəsinə təqdim olunmalıdır. Təqdim olunmuş qısametrajlı filmlər Təşkilat Komitəsinə cəlb olunmuş ekspertlər tərəfindən qiymətləndirilərək ilk 3 yerin qaliblərinə müvafiq olaraq 1500 AZN, 1000 AZN və 500 AZN dəyərində mükafat və fəxri fərman təqdim ediləcəkdir.

Ünvan: Bakı Şəhəri, Nizami küçəsi 203B, AF Business House (5-ci mərtəbə)

Əlaqə: 012 505 15 27/28

            050 325 27 29


1378

20.09.2016

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsini elan edir

Respublikada vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq ...


23.02.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Uşaq Xor Kollektivlərinin IX Respublika müsabiqəsini" elan edir

Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində ...


23.02.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Gənc pianoçuların III Respublika Müsabiqəsini" elan edir

Respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin ...


23.02.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-cı il üçün müsabiqə elan edir

            Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə ...


01.02.2017

Davamı...

“Gəncliyin səsi” festivalı keçiriləcək

2017-ci ilin 2 fevral – 6 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2 ...


30.01.2017

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


23.01.2017

Davamı...

“Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ...


05.01.2017

Davamı...

Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcəkdir

1-2 dekabr 2016-cı il tarixində Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki ...


30.11.2016

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı il noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


24.11.2016

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında ümumrespublika rəsm və musiqi müsabiqələrini elan edir

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, ...


08.11.2016

Davamı...

1 2 3 4 ...

FAYDALI KEÇİDLƏR