Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Azərbaycan kino sahəsində zəngin ənənələrə malikdir.  Film istehsalı ilə yanaşı - ilk filmlər 1898-ci ildə çəkilmişdir  -  kinoteatr mədəniyyəti də inkişaf etmişdir. XX əsrin birinci yarısında başlayaraq  hər yaşda olan Bakı sakinləri üçün kinoteatrlar ən sevimli istirahət yeri olmuşdur.  Keçən əsrin sonu və 21-ci əsrin əvvəlinci illərində yaranmış fasilədən sonra kinoteatrlar əvvəlki nüfuzunu qaytarmağa başlamışlar.
"2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na əsasən 27 dekabr 2011-ci il tarixdə böyük yenidən qurma işlərindən  sonra ölkənin ən qədim kinoteatrlarından olan "Nizami"nin  təntənəli açılışı oldu. Təmirdən sonra kinoteatra Kino Mərkəz statusu verildi, burada dünya kinosunun ən maraqlı yeni filmlərini əhatə edən cari repertuar filımləri ilə yanaşı milli filmlərin təqdimatları, xarici ölkələrin Kino günləri və Kino həftələri keçirilməyə başlamışdır..Gələcəkdə isə bir çox maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır.  Bu gün Nizami Kino   Mərkəzi Azərbaycanda və Cənubi Qafqazda ən böyük kino nümayişi müəssisəsidir.  Kinoteatrda 50, 80, 500 yerlik 3 zal, həmçinin 24 yerlik VİP zal xidmət göstərir. Ən böyük zalda eni 18m olan ekran yerləşdirilib. Kino Mərkəzində həmçinin milli və avropa mətbəxinin ləziz yeməklərini təklif edən 250 nəfərlik restoran, kafe-klub, konfrans zalı və s. var.
Mərkəz hər gün saat 12:00-dan  23:00-a kimi fəaliyyət göstərir.