Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edibMartın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəldilər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev sakinlərlə söhbət etdi. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları aşıqların ifasını dinlədilər. Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış oldular. Bahar qız dövlətimizin başçısına bayram xonçası təqdim etdi. Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış oldular. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür etdilər. Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular. Dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər. “Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdirdilər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırdı. ..
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.3. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin: 2.1. birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 mart 2019-cu il. ..
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib“Novruz bayramı Azərbaycan xalqının əsrlərdir eyni sevgi və coşqu ilə qeyd etdiyi yeganə bayramdır. Bu bayram xalqımızın ana təbiətə, əməyə, birliyə, bərabərliyə olan rəğbətinin göstəricisidir. Novruz həm də çoxmillətli ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, birliyini nümayiş etdirən, çağımızda da əhəmiyyətini itirməyən ideyalar məcmusudur”. Bu fikirlər mədəniyyət naziri Əbülfəs Qarayevin Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə ünvanlanan təbrikində yer alıb. Təbrikdə bildirilir ki, Novruz bayramının fəlsəfəsindəki mütərəqqi ideyalar, xüsusilə birləşdirmə gücü neçə-neçə ölkənin, yüz milyonlarla insanın ona könül verməsinə səbəb olmuşdur. Min illərdir Novruzun yaşadılması varlığın əsasını təşkil edən 4 ünsürün – od, su, yel (hava) və torpağın bayram günlərində həyata keçirilən ayinlərdə kompleks halında birləşməsidir. Novruzun ayrı-ayrı rituallarında yaşayan humanizm qayəsi də onu insanlığın yol yoldaşına çevirmişdir. Daha sonra təbrikdə deyilir: “Novruzu bir sıra ölkələr və xalqlar qeyd etsə də, Azərbaycanda bu bayramın ənənələr boğçası daha zəngin, daha mütəşəkkildir. Məmnunluqla deyə bilərəm ki, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəri status qazanmasında, eləcə də digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə xalq yaradıcılığının, qədim adət-ənənələrin yaşadılması, tədqiqi və təbliği dövlətin diqqət mərkəzindədir. Bu ənənələrin gələcək nəsillərə ötürülməsi üçün hər cür şərait yaradılıb”. Təbrikin sonunda nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətinə Novruz bayramı münasibətilə cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət və firavan həyat arzulayıb. ..
19.03.2019 10:16
Sağlamlıq imkanları məhdud uşaqlar üçün Qobustan qoruğunda Novruz şənliyi təşkil olunubMartın 18-də Qaradağ rayon Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin şagirdlərinə Qobustan Milli Tarix-Bədii Qoruğunda bayram şənliyi təşkil olunub. Qonaqları qarşılayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bayram münasibətilə onları təbrik edərək məktəblilərə xoş arzularını çatdırıb. Müəllim heyəti ilə birgə qoruğa dəvət olunan məktəbli qonaqlara qoruq ərazisinə ekskursiya təşkil olunub. Şagirdlərə Qobustanın tarixi və mədəniyyəti, qayaüstü təsvirləri  və muzeyi haqqında ətraflı məlumat verilib. ..
19.03.2019 10:14
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Novruz bayramı münasibəti ilə “El bayramı- Novruz” adlı tədbir baş tutdu Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 mart 2019-cu il tarixdə Novruz bayramı münasibəti ilə “El bayramı- Novruz” adı altında tədbir keçirildi.  Tədbiri  kitabxananın direktoru Oruc Quliyev açaraq bildirdi ki, Novruz  Azərbaycanla yanaşı İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstanda da xüsusi təntənə ilə qeyd edilir Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva qeyd etdi ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü“ elan edilmişdir. X. Musayeva tarixi çox qədim olan Novruz bayramının hər il xalqımız tərəfindən  təntənə ilə qeyd olunması, novruz ənənələri, onların bu günədək qorunub saxlanması mövzusunda da çıxış etdi.  ..
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildiAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza Bahar Gəlir”  adlı respublika uşaq rəsm müsabiqəsinin 12  yaşa  qədər   uşaqlar   arasında  olan  hissəsi 18 mart 2019-cu il başa  çatmışdır. Sərgini Azərbaycan Dövlət Rəsm qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik etdi və onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd etdi və sərgidə iştirakına görə təşəkkür etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək təbiətin təbriklərini çatdırdılar. Sərgidə bahar  təravəti  hiss   olunan  140 uşaqın   150 işi   əsəri  təqdim  olunub. Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olundu və fəal kollektivlər o cümlədən, 1Nömrəli UGİM, 4 Nömrəli Usaq Incesenet Məktəbi, Art School by Rufane, Bilender tedris mərkəzi, Bileyen Tedris Merkezi, Gunxan art studiya, H . Z. Tağıyev adına Toxucu Tikiş  kom, H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, İncilər tədris mərkəzi, KamArt Incəsənət Qalereyası, Lenkeran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Modern  tədris mərkəzi, Vector Təhsil və karyera merkəzi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər. Sərgidən seçilmiş  10 əsərin müəllifi “Azərbaycanım“Uşaq Rəsm Festivalına dəvət olunacaq. Sərgi Xətai Sənət Mərkəzində keçirildi eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək. ..
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunubİlk öncə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri İlham Namiq Kamal, Şamil Süleymanov, Əməkdar artistlər Suğra Bağırova, Sabir Məmmədov və başqaları çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, sənətdə 50 ildən çox xidmətləri olan aktyor “Əfilər”, “Xasay”, “El oğlu”, “Bir saat xəlifəlik”, “Müfəttiş”, “Evlənmə”, “Bəxtsiz cavan”, “Yaşar”, “İki ağanın bir nökəri”, “Qar Kraliçası”, “Tamahkar”, “Ovod” və onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb. Teatrda yaratdığı obrazlarla yanaşı, aktyor “Ad günü”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Əhməd haradadır?”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Qaraca qız”, “Sehrli xalat”, “Yenilməz batalyon” kimi 40-dək filmdə müxtəlif səpkili rollarla tamaşaçılar tərəfindən sevilir. Aktyorun sonuncu çəkildiyi film “Babamızın babasının babası” filmidir. Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər təqdim edilib. Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Qeyd edək ki, Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib. ..
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülübMartın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. Tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-nin müxtəlif dövlət qurumları ilə birgə həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, ötən 10 il ərzində Fond tərəfindən xeyli iş görülüb. Jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri xüsusi qeyd etmək olar. Fond ildə üç dəfə - Novruz bayramı, milli mətbuatımızın yaranması günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müsabiqələr keçirir. Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 114-ü mükafatlara layiq görülüb. İcraçı direktor Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib, eyni zamanda, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək KİVDF-nin milli mətbuatımızın həyatında əhəmiyyətli rol oynadığını bildirib. Əli Həsənov qeyd edib ki, Fond ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib. Bu Fondun yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. On il əvvəl dövlətimizin başçısı Fondun yaradılması ilə bağlı Sərəncam imzaladı. Ondan bir il əvvəl isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm Konsepsiyanın qəbul olunması, eləcə də Fondun təsis edilməsi Azərbaycanda dövlətin mediaya qayğısını və dəstəyini sistemli halda həyata keçirən vahid mexanizmin yaradılmasını ehtiva edirdi. Əli Həsənov bildirib ki, on ildir Azərbaycan dövlətinin KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir. Ötən on ildə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı nə iş görülübsə kollegial şəkildə, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi və qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların göstərilməsi tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib. “Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”, - deyə Prezidentin köməkçisi qeyd edib. Sonra fərdi jurnalist yazılarının qalibləri mükafatlandırılıb. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək jurnalist peşəsinin şərəfli peşə olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurları gələcək nəsillərə çatdırmaq vəzifəsi mətbuatın üzərinə düşür. F.Heydərov Azərbaycan mediasının bu şərəfli missiyanı layiqincə yerinə yetirəcəyinə əmin olduğunu bildirib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüblər. Nazir Əbülfəs Qarayev bu gün ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir. Tədbir bədii hissə ilə davam edib.   ..
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunubAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii film ssenariləri müsabiqəsinin formatını və miqyasını genişləndirmək, daha çox kinematoqrafçının iştirakı təmin etmək məqsədilə müsabiqədə iştirakla bağlı şərtlərə bəzi əlavələr edilmişdir: Müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər; İştirakla bağlı yaş məhdudiyyəti yoxdur; Müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur;  Müsabiqədə iştirak üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər may ayının 1-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadəyə, ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir; Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər; Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır; Qaliblərin adları 2019-cu il mayın 20-dək Nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır; Qalib ssenarilərə dövlət sifarişi ilə cari və növbəti illərdə filmlər çəkilir; Bu Reqlamentin tələblərinə cavab verməyən ssenarilərə baxılmır. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır. ..