Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
566

Şopinq festivalının lotereya qaliblərinə hədiyyələr təqdim olundu

Noyabrın 7-də paytaxtdakı "Metro Park" ticarət mərkəzində II Bakı Şopinq Festivalı çərçivəsində keçirilən lotereyanın qaliblərinə hədiyyələr təqdim olundu.

Tədbirdə jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov oktyabrın 15-dən davam edən II Bakı Şopinq Festivalında həm yerli sakinlərin, həm də xarici turistlərin marağını cəlb edən müxtəlif kampaniyaların həyata keçirildiyini dedi.

Bildirdi ki, noyabrın 1-dən etibarən festivala qoşulan mağazalardan 1 dəfəyə 100 manatdan artıq alış-veriş edən hər kəs “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanır. Bu gün lotereyanın növbəti qaliblərinə hədiyyələr təqdim olunur. Şöbə müdiri əlavə etdi ki, festival çərçivəsində reallaşdırılan tədbirlər bu layihəyə sahibkarlar tərəfindən də böyük marağın olduğunu göstərir. Festivalın sonuna kimi alış-veriş həvəskarlarını maraqlı sürprizlər gözləyir.

Qeyd edək ki, Bakı Şopinq Festivalı çərçivəsində “Festival sürprizləri” stimullaşdırıcı lotereyasında müxtəlif hədiyyələr nəzərdə tutulub. Kampaniya müddətində iştirakçıların “Metro Park”dan 20 ədəd televizor, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketindən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba hədiyyə qazanmaq şansı var.

Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanı Bakı Şopinq Festivalının "Məlumat masası"na təqdim etmək lazımdır. Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 ani stimullaşdırıcı lotereya bileti düşür. Biletləri yerində pozaraq bir-birindən dəyərli hədiyyələr qazana bilərsiniz.

II Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək.

XƏBƏRLƏR

23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi
18.01.2018 16:21
“20 Yanvar – Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisinin açılışı və “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimat mərasimi keçirilmişdir
18.01.2018 16:17
Qubada 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 12:34
Mədəniyyət və Turizm Nazirliyi “Fitur 2018” beynəlxalq turizm sərgisində təmsil olunur