Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
282

2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib

2017-ci il Azərbaycan Xalça Muzeyi üçün xüsusilə əlamətdar bir il oldu. Bu il muzeyin 50 illiyi qeyd olundu və bu münasibətlə ilboyu çoxsaylı beynəlxalq simpozium, konfrans və seminarlar, həmçinin ustad dərsləri, müxtəlif mövzularda mühazirələr, dəyirmi masalar, təlimlər keçirildi.

Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid qədim örtük alınıb muzeyə hədiyyə edildi. Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir “Şamaxı xalçası” xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib. Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanılan ”Şamaxı" xalçası hal-hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə etmişdir ki, bunların bir qismi satın alınmış və ya hədiyyə olaraq qəbul edilmişdir. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha  maraqlı və cazibədar olmasına şərait yaratmışdır.

2017-ci ildə Azərbaycan Xalça Muzeyi “TripAdvisor” saytının ilin ən yaxşı muzeyi kimi “Mükəmməllik serifikatı”nı  alıb. Həmçinin, bu il Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb və 2018-ci ildə bu mükafatı qazanmaq üçün böyük şansı var.

Azərbaycan mədəniyyətinin, maddi-mənəvi irsimizin, milli sərvətimiz olan xalçaların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması ilə bağlı işlər davam etdirilir və il ərzində Azərbaycan xalçaları haqqında xaricdə dünyaca məşhur dərgi və jurnallarda, mediada materiallar təqdim olunub.

Xatırladaq ki, Avropanın məşhur “Euronews” kanalında, Rusiyanın НТВ kanalının populyar ”Поедем, поедим” verilişində Azərbaycan Xalça Muzeyi ilə bağlı maraqlı süjetlər təqdim olunub, bütün dünyada böyük maraqla izlənilən “National Geographic” kanalında yayımlanan Bakı haqqında filmdə də Azərbaycan Xalça Muzeyi diqqət mərkəzində olub. Həmçinin, muzeyin direktoru Şirin Məlikovanın məqaləsi dünyaca məşhur “Carpet Collector” jurnalında dərc olunub. Qədim xalça, tekstil və islam incəsənətinə aid dünyanın aparıcı nəşri olan “Halı” jurnalında, eyni zamanda “Баку“ jurnalında Şirin Məlikovanın müsahibələri də nəşr olunub. Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytında, həmçinin ABŞ, İtaliya və digər ölkələrin mediasında və ölkə mətbuatında il ərzində muzey haqqında materiallar dərc olunub. “Nargiz” jurnalında Azərbaycan Xalça Muzeyinin 50 illiyi ilə bağlı keçirilən beynəlxalq xalça simpoziumu geniş işıqlandırılıb.

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi