Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1218

85 yaşlı musiqi ocağı - Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi

Şuşa təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da musiqinin beşiyi kimi tanınır. Şəhər Azərbaycan musiqi sənətində iz qoyan bir çox dahilərin vətənidir. Təkcə Üzeyir Hacıbəylinin adını çəksək kifayət edər. Elə bir şuşalı yoxdur ki, onun musiqi duyumu olmasın, musiqini sevməsin. Bu sevginin nəticəsidir ki, Azərbaycanda ilk musiqi məktəblərindən biri də 1932-ci ildə Şuşada tanınmış vokal ustası, böyük sənətkar Bülbülün təşəbbüsü ilə açılıb. Bu musiqi məktəbinin məzunları sırasında tanınmış sənətkarlar - Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimiz olub.

Bu fikirlər Beynəlxalq Muğam Mərkəzində noyabrın 10-da musiqi məktəbinin 85 illik fəaliyyəti münasibətilə keçirilən tədbirdə nümayiş etdirilən videoçarxda səsləndirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, şəhər uşaq incəsənət məktəbinin direktoru Mirkamil Ağamirov və başqaları çıxış edərək musiqi məktəbinin Azərbaycan mədəniyyətinə bəxş etdikləri böyük sənətkarlardan söz açıblar.

Diqqətə çatdırılıb ki, Şuşanın düşmən tərəfindən işğal olunmasına baxmayaraq, bu gün məktəbin kollektivi və yetirmələri ruhdan düşmür, şəhərin və məktəbin adını təkcə ölkəmizdə deyil, beynəlxalq müsabiqələrdə də şərəflə təmsil edirlər.

1984-cü ildən maestro Niyazinin adını daşıyan məktəbin “Təbəssüm” rəqs qrupu bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib və mükafatlar qazanıb. Eləcə də məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri respublika və beynəlxalq miqyaslı sərgilərdə nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

XƏBƏRLƏR

24.04.2018 15:08
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi
24.04.2018 09:10
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.04.2018 15:20
Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.04.2018 16:39
Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
20.04.2018 12:16
“Avtoportret” sənədli filminin təqdimatı keçirildi
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”