Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
171

Alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə silsilə tədbirlər keçirilib

Cari ilin 4 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Göygöl və Şəmkir şəhərlərində alman məskənlərinin salınmasının 200-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyətinin, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın, Göygöl rayonundan olan millət vəkili Rövşən Rzayevin, Azərbaycanda alman irsi üzrə ekspert, Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Auxun iştirakı ilə Göygöl Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.

Qonaqları salamlayan icra hakimiyyətinin başçısı Arif Seyidov rayon ərazisində mövcud alman irsinin vəziyyəti barədə ətraflı məlumat verdi. Nazir müavini Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə gördüyü işlərdən, mərhələli inkişaf planlarından danışdı və qeyd etdi ki, bu münasibətlə YUNESKO-nun Yubileylər Proqramı çərçivəsində cari ilin 20 və 23 noyabr tarixində təşkilatın Parisdə yerləşən baş qərargahında yüksək səviyyədə sərgi və konsert təşkil olunmuşdur.

Səfir Mixael Kindsqrab YUNESKO-da keçirilən tədbirin həqiqətən yüksək səviyyədə təşkil olunduğunu və buna görə Azərbaycan hökumətinə öz dərin minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu il Almaniya Azərbaycanla, eyni zamanda bir neçə ölkə ilə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir, lakin Azərbaycan unikal ölkədir ki, münasibətlərin 200 illik yubileyini qeyd etmək mümkündür.

Millət vəkili Rövşən Rzayev öz növbəsində Mədəniyyət və Turizm Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin bu istiqamətdə gördüyü tədbirlərin əhəmiyyətindən danışdı. Xanım Yeva Mariya Aux restavrasiya proseslərinin gedişatı haqqında fikirlərini bölüşdü.

Görüşdən sonra qonaqlar Viktor Klayn muzeyində oldular. Xanım Sevda Məmmədəliyeva jurnalistlərə açıqlamasında bildirdi ki Viktor Klaynın evi artıq muzey kimi konservasiya olunub və növbəti mərhələdə muzeyin restavrasiyası baş tutacaqdır. Daha sonra alman kilsəsinə və Göygöl Rayon Tarix Diyarşünaslıq Muzeyinə baxış keçirildi. 1980-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılmış muzey 1854-cü ildə inşa edilmiş Alman Lüteran Kilsəsində yerləşirdi. Bu il alman məskənlərinin 200 illik yubileyi çərçivəsində muzey üçün məşhur alman ailəsi Forerlərin evi olmuş bina ayrılmışdır. Son 2 ay ərzində binada müəyyən təmir işləri aparılmış və alman məskənlərinin Azərbaycanda salınmasının 200 illik yubileyinə həsr olunmuş əhatəli sərgi təşkil olunmuşdur. 

XƏBƏRLƏR

15.12.2017 17:48
"Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı"nın təqdimat mərasimi keçirildi
15.12.2017 16:53
Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
15.12.2017 16:43
Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur
15.12.2017 16:21
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçiriləcək
15.12.2017 16:11
“Qətibə İnanc” tamaşasının premyerası keçirilib
15.12.2017 16:01
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 36-cı Beynəlxalq Fəcr festivalının münsiflər heyətində
15.12.2017 15:09
“Nar bağı” bədii filminin qadın rol ifaçısı Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur
15.12.2017 14:48
Əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc ölkəmizdə turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb
15.12.2017 14:46
Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olundu
15.12.2017 14:34
Regional mədəniyyət və turizm idarələrinin saytlarının təqdimatı keçirildi
15.12.2017 14:31
"İlin ən yaxşı kitabxanası" müsabiqəsinin qalibləri mükafatlandırıldı
15.12.2017 14:16
Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq...
15.12.2017 12:51
Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb
14.12.2017 16:02
Mədəniyyət və Turizm Nazirliyi ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
14.12.2017 15:16
“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq
14.12.2017 14:13
ADGTT Rusiya mətbuatında
14.12.2017 10:01
Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
13.12.2017 18:04
Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellos ilə görüşüb
13.12.2017 18:00
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Krofts ilə görüşüb
13.12.2017 17:39
“Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək
12.12.2017 15:39
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib
12.12.2017 15:01
YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir
11.12.2017 17:52
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub
11.12.2017 17:13
Avropa SPA Assosiasiyasının (ESPA) nümayəndəsi Naftalanda
11.12.2017 16:46
Binə qəsəbə Mədəniyyət Mərkəzində uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib
11.12.2017 16:42
Paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi
11.12.2017 16:25
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyi qeyd olundu
11.12.2017 15:00
2017-ci ilin 11 ayı üzrə ölkəyə gələn xarici vətəndaşların sayında 20 % artım müşahidə edilmişdir
11.12.2017 14:29
Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib
11.12.2017 10:50
Uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib