Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
373

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

17 yanvar 2018-ci il tarixdə  Qax rayon Mədəniyyət Mərkəzində “Qəhrəmanlıq və iftixar tariximiz” adlı anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Mərkəzin foyesində  20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış oldular..

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru K. Məcidova  20 Yanvarı tariximizin şərəfli səhifələrindən olduğunu,  Azərbaycanda azadlığın 20 Yanvar ağrısından, 20 Yanvar qeyrətindən doğulduğunu qeyd etdi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxışçılardan Qax Gün Ərzi Qayğı Mərkəznin direktoru Səfiyyə xanım Süleymanova da öz növbəsində  20 Yanvar faciəsindən doğan ağ gündən söz açaraq,  bu tarixi hər zaman yadda saxlamağın hər birimizin borcu olduğunu qeyd etdi.

Sonra “20 Yanvar - 1990” adlı video çarx nümayiş olundu.  Mədəniyyət Mərkəzinin İ.Dağıstanlı adına Xalq teatrı üzvlərinin  hazırladığı ədəbi- bədii kompazisiya hər kəsi riqqətə gətirdi. Üvertüranın sədaları altında başa çatan kompzisiyada iştirakçılarla  birlikdə  “Qoynunda bu qədər şəhidlərin varsa sabahın üçün heç bir narahatlığın olmasın can Azərbaycan” sədaları altında hər kəsi mübarizəyə səslədilər. Yekunda D.Əzizova çıxış edərək qeyd etdi ki, “20 yanvar nə qədər dəhşətli bir gün olsa da, həm də iftixar günümüzdür. Şəhidlərimiz heç zaman unudulmayacaq və hər zaman iftixar hissi ilə anılacaqdı”.

Oğuz rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqadar olaraq “20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, YAP  Oğuz rayon təşkilatının, rayon tarix-diyarşünaslıq muzeyinin, rayon Uşaq İnkişaf Mərkəzinin, Heydər  Əliyev Mərkəzinin nümayəndələri,  rayon  məktəblərinin müəllim və şagird kollektivi iştirak etdi.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Məruzəçi  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi haqqında məlumat verdi.

Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Mərkəzin bələdçisi S.Musayeva “Qanlı yanvara gedən yolun başlanğıcı” mövzusunda çıxış etdi. Tədbirdə Oğuz rayon Uşaq İnkişaf Mərkəzinin şagirdləri 20 yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər. Tədbirdə 20 Yanvar hadisələrinin   tarixi, həmin günlərdə xalqının səsinə səs verən Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət verməsindən bəhs edən videoçarx təqdim edildi. Tədbir iştirakçılarına “20 Yanvar –Tariximizin qəhrəmanlıq səhifəsi” adlı bukletlər təqdim edildi.

Sonda Oğuz rayon Gənclər və İdman İdarəsinin müdiri R.Mahmudov çıxış edərək  20 Yanvar gününün  faciə günü deyil, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə apardığı qəhrəmanlıq və qürur günü olduğunu vurğuladı.

17 yanvar 2018-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Humanitar fənlər gimnaziyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə qanlı 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan etmişdir. Tədbir iştirakçıları açılışdan sonra şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad etdilər. Daha sonra həmin hüzünlü gün haqqında Mərkəzin əməkdaşı  Leyla Məmmədova məruzə etmişdir. Məruzə dinlənildikdən sonra şagirdlər “Tarixin qan yaddaşı” adlı ədəbi-bədii kompazisiya ilə çıxış etdilər. Kompazisiyanı məktəbin tarix müəlliməsi Feyzullayeva Aida təşkil etmişdir. Tədbirin sonunda 20 Yanvara aid “Heç kim unudulmur, heç kim yaddan çıxmır” adlı slayda baxış olmuşdur.

XƏBƏRLƏR

21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi