Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
601

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək

15 noyabr 2017-ci il tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) açılışı ilə əlaqədar mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr tarixində keçiriləcək festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala təqdim olunan filmlər kinematoqrafçılardan, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqə üçün seçilən filmlər aşağıdakı 5 kateqoriya üzrə yarışacaqlar:

  • Ölkə, region, şəhər;
  • Mədəniyyət, ənənə;
  • Reklam filmləri;
  • Ekoturizm və digər turizm növləri;
  • TV məhsullar (filmlər, videoçarxlar).

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə Qızıl mükafat – diplom və mükafat, II yerə Gümüş mükafat –  diplom və mükafat,

III yerə Bürünc mükafat – diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" – diplom və mükafatla təltif ediləcək.

Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı  seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir mübadilələri həyata keçirəcək.

BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalın təşkilati işlərini “Salnaməfilm Studiyası” həyata keçirir.

Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar. Festivalın informasiya dəstəkçiləri APA İnformasiya Agentliyi və İctimai Televiziyadır.

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi