Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
98

Kukla Teatrı yeni mövsümdə

Uşaqların sevimli sənət məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni – 86-cı teatr mövsümünə hazırdır.  Uğurlu premyeralar, festivallardan mükafatlarla mövsümü başa vuran teatrın yaradıcı heyəti teatrsevərlərlə yeni görüşə də eyni şövq və yeniliklərlə gəlir.

Teatr mövsümə sentyabrın 16-da repertuarın seçkin nümunələrindən olan dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi”  tamaşası ilə start verəcək. Iki seansda (saat 12. 00, 14.00) nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru  Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.  Elə həmin gün rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi “Qoğal” tamaşası da nümayiş olunacaq.

Mövsümün ilk premyerasına gəlincə bu  sentyabrın sonunda rus xalq nağılı “Durna balığının əmri ilə” əsasında hazırlanan “Durna balığı” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatı əsasında hazırlanan səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.

Yaradıcılıq planları bununla məhdudlaşmayan teatrda ilin sonunadək daha iki tamaşa hazırlanacaq. Bunlardan biri artıq teatrın klassikasına çevrilmiş “Cırtdan” tamaşasıdır. Bu dəfə ona yeni səhnə həyatını teatrın baş rejissoru Qurban Məsimov verəcək.

Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarov olan tamaşa bu dəfə daha müasir forma və məzmunda təqdim olunacaq. Rejissor və quruluşçu rəssam müasur uşaqların dünyagörüşü və tələblərini nəzərə alaraq səhnə işində  yeni kukla teaxnikaları və daha fərqli dekorasiyadan istifadə edəcəklər.

Ilin sonunadək  A.S. Puşkinin məşhur “Balıqçı və balıq” nağılı əsasında “Qızıl balıq” adlı tamaşa da hazırlanacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verəcək.

Teatrın yaradıcılıq planına Azərbaycan xalq nağılı “Məlikməmməd”, “Min bir gecə”  nağıllarından “Əlibaba və qırx quldur”, eləcə də Ceyms Metyu Barrinin pyesi əsasında məşhur “Piter Pen” tamaşaları da daxil edilib. Bu  sıraya müasir Azərbaycan uşaq yazıçılarından birinin də əsəri daxil ediləcək. Hazırda  nəzərdə tutulan bir neçə müəllifin əsəri bədii şuranın müzakirəsindədir.

XƏBƏRLƏR

22.09.2017 17:01
“Yarımçıq xatirələr” filmi Penitensiar Xidmətin Mühafizə Alayında nümayiş olundu
22.09.2017 16:57
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 10-cu görüşü keçirilmişdir
22.09.2017 16:51
ATMU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib
22.09.2017 16:00
“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda
22.09.2017 15:09
“Xəzər” Universitetində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans keçirilib
22.09.2017 12:12
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
22.09.2017 11:51
Musiqili Teatrda Bərdia Kiyarəsin məşqləri
22.09.2017 11:37
“Azərbaycan–Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib
21.09.2017 17:22
Mingəçevir Dövlət Dram Teatrında Milli Teatrın 144-cü il dönümü münasibəti ilə yeni mövsümün açılış mərasimi olmuşdur
21.09.2017 15:18
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində müşavirə keçirilmişdir
21.09.2017 14:51
Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) kollektivi Sumqayıt şəhərində qonaq olub
21.09.2017 11:59
Lənkəranda yeni teatr mövsümü başlayıb
21.09.2017 11:36
Qaxda 46-cı teatr mövsümünün açılışı
21.09.2017 11:24
Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək
20.09.2017 17:37
Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub
20.09.2017 14:06
Muğam Mərkəzində kamera musiqisi axşamı -“İki qəlbin dastanı”
20.09.2017 12:56
“Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirildi
20.09.2017 11:51
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində kino mövsümünə start verilib
19.09.2017 17:17
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda Kino mövsümünün açılışı gününə həsr olumuş tədbir keçirilmişdir
19.09.2017 16:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Beynəlxalq diploma layiq görüldü
19.09.2017 14:49
V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
19.09.2017 12:25
Ağdamda kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib
19.09.2017 12:18
“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan Özbək gənclər Azərbaycanda səfərdədir
19.09.2017 12:07
ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdir