Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1134

Mirnadir Zeynalovun 100-dən çox əsəri Muzey Mərkəzində sərgilənir

Noyabrın 10-da Muzey Mərkəzində Xalq Rəssamı Mirnadir Zeynalovun 75 illiyinə həsr edilən sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib.

Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, M.Zeynalov 1963-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Moskva Poliqrafiya İnstitutunun qrafika sənəti fakültəsini bitirib. O, 70-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı, məharətli icra texnikası, yeniliyi və daimi axtarışları ilə seçilir. Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.

Qeyd edilib ki, M.Zeynalov Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” mənzərələrini yaradıb. “Hindistan silsiləsi”nə, həmçinin bir sıra qadın portretləri - “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir. Onun “Yaz bağı” adlı əsəri 1989-cu ildə Xəzəryanı ölkələrin rəssamlarının Bakıda keçirilmiş bienallesində bürünc medala layiq görülüb. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və digər şəhərlərdə nümayiş olunub. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda onun dəyərli əsərləri qorunub saxlanılır.

Bildirilib ki, M.Zeynalov daxili dünyasını abstrakt üslubda daha dolğun ifadə edən rəssamlardan biridir. Buna görədir ki, rəssamın yaradıcılığında realizm üslubunda işlənmiş portretlərə, lirik mənzərə əsərlərinə, eyni zamanda, yalnız müxtəlif rəng çalarlarının məharətlə istifadə olunduğu abstrakt həllərə qədər fərqli janr və üslublara rast gələ bilirik. O, öz üslubu ilə tanınan, maraqlı eksperimentlər aparan, heç kimi, hətta özünü belə təkrarlamayan ustad sənətkar kimi milli incəsənət tariximizdə layiqli yer tutur.

Tədbirdə Xalq Rəssamı Ağaəli İbrahimov, Xalq Artisti Oqtay Mirqasımov və başqaları rəssamın yaradıcılığından və sənət əsərlərinin özünəməxsusluğundan danışıblar.

M.Zeynalov çıxış edərək onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər yer alıb.

Sərgi noyabrın 15-dək davam edəcək.

XƏBƏRLƏR

24.04.2018 15:08
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi
24.04.2018 09:10
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.04.2018 15:20
Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.04.2018 16:39
Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
20.04.2018 12:16
“Avtoportret” sənədli filminin təqdimatı keçirildi
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”