Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
545

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər – Vətənin qələbə rəmzi” adlı tədbir keçirilib. Şəhidlər xiyabanında baş tutan tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB üzvü Hafiz İmamnəzərli, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Sonra S.Sarvan adına uşaq poeziya klubunun üzvləri – İlahə, Xoşqədəm Bağıyevalar, Ayan Ağayeva, Zəhra Bəşirli, İsmayıl Hüseynov, Lətifə Mahmudova, Ərtoğrul Salıflının ifasında səslənən şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda S.Sarvan adına Uşaq Poeziya Klubu üzvlərinin tərtib etdiyi qətnaməni Rəsul Bəhmənli oxuyub və sülh rəmzi olan göyərçinlər havaya buraxılıb.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Qanlı şənbəyə gedən yol” başlıqlı portret günü keçirilib. Tədbirdə oxuculara faciə haqqında geniş məlumat verilib, videoçarx və ədəbiyyat sərgisi nümayiş olunub.  Sonra  kitabxananın fəal oxucuları 20 Yanvarda şəhid olmuş Larisa Məmmədova,Vera Bessantina, İlqar İbrahimovun foto şəkillərini tutaraq onlar haqqında məlumat verib, faciəyə həsr olunmuş şeir nümunələri söyləyiblər. Daha sonra tədbir iştirakçıları Kitabxana Klubun nəzdində fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonda tədbir iştirakçıları Şəhidlər Xiyababını ziyarət ediblər.

Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında “Bakı, 20 Yanvar, 1990” adlı sərgi tərtib edilib. Sərgidə muzeyin fondlarında mühafizə olunan XX əsrin 90-ci ilində baş vermiş ən dəhşətli faciəsinin fotoşəkilləri, qəzet materialları, sənədlər, fotoalbomlarla yanaşı, sumqayıtlı rəssamlar M.Cəfərov və N.Dadaşovun təsviri incəsənət əsərləri də yer alıb.

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə gənc müqənillər: İlkin Əlizadənin ifasında "Cənab Leytnant", Ədalət Daqlının ifasında "Şəhidlər", Zaur Yusiflinin ifasında isə "Heydər Xalqım deyəcək" mahnıları dinlənilib, mədəniyyət evinin rəssamlıq kursunun şaqirdlərinn rəsmlərindən ibarət sərqi, o cümlədən, S.Vurğun adına Mərkəzi Kitabxananın fondunda əks olunan ədəbiyyatlardan ibarət sərgi təşkil edilib.

“Dostluq” mədəniyyət evində də 20 yanvar şəhidləri anılıb. Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənilib, musiqi nömrələri ifa edilib. Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Leyli Əliyeva, Bəhlul Nağdıyevin ifalarında şerləri, xor kollektivinin çıxışı,balabanda Naib Zəkiyevin ifası səslənib.

Zəngilan rayon kənd klubunda məktəblilərin iştirakı ilə rəsm sərgisi keçirilib, Tarix Diyarşünaslıq Muzeyində filim nümayiş etdirilib. Rayon mərkəzi kitabxanasında “Qanlı yanvar” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Məhruzə Cəfərova və qonaqlar  çıxış edərək 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat veriblər. Sonra tədbir iştirakçıları kitabxanada tərtib olunan  “Qanlı 20 yanvar” adlı sərgi ilə yaxından tanış olublar.

XƏBƏRLƏR

21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi