Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
747

“Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək

30 iyun 2017-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək.

Film Qarabağ mövzusundadır. Uzun müddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir...

Cəfər Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa, Ayşad Məmmədov kimi aktyorlar çəkiliblər.

XƏBƏRLƏR

22.08.2017 18:37
Regionlarda milli filmlərin nümayişi müntəzəm həyata keçiriləcək
21.08.2017 17:36
Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub
18.08.2017 18:00
“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunda arxeoloji qazıntı işləri aparılmışdır
18.08.2017 17:40
Nazir müavini Nazim Səmədov Expedia şirkətinin nümayəndə heyətini qəbul etmişdir
17.08.2017 17:46
Qobustan Milli tarix-bədii qoruğunda yeni tapıntılar
17.08.2017 16:50
Azərbaycan Milli İncəsənət Muzeyindən İsmayıllı, Qəbələ, Ağsu və Şamaxı Tarix-Diyarşünaslıq Muzeylərinə işgüzar səfər
16.08.2017 14:09
V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək
15.08.2017 16:37
Nazir müavini Nazim Səmədov ilə Koreya Respublikasının nümayəndə heyəti arasında görüş keçirildi
15.08.2017 12:12
Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.08.2017 17:51
Əməkdar artist Mərdan Feyzullayev vəfat etmişdir
11.08.2017 17:05
Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin genişləndirilməsi daim diqqət mərkəzindədir
10.08.2017 16:18
Bərdədə “Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və mədəniyyət müəssisələrində milli məfkurənin öyrədilməsi” mövzusunda dəyirmi masa keçirilib
09.08.2017 17:48
Azərbaycanın dekorativ-tətbiqi sənəti “Halı” jurnalının gözü ilə
08.08.2017 18:04
Nazir müavini Nazim Səmədov Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüşdür
08.08.2017 15:22
Lerik Dövlət Rəsm Qalereyasında görkəmli rəssam Şahvələd Əliyevin rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur
04.08.2017 12:08
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində beynəlxalq ekspedisiya tərəfindən arxeoloji qazıntılar aparılmışdır
03.08.2017 09:49
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
02.08.2017 16:23
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Mərkəzi kitabxanasında bir sıra tədbirlər keçirildi
02.08.2017 15:54
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər və Bərdə rayon nümayəndəliklərində seminar-müşavirə keçirilib
01.08.2017 17:21
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən konsert proqramı təşkil edilib
01.08.2017 15:31
Mədəniyyət və turizm naziri Şəkidə mədəniyyət müəssisələrinə baş çəkib
01.08.2017 15:01
Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşlarla görüşüb