Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
463

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib

Xaçmaz Heydər Əliyev Mərkəzində YAP Xaçmaz rayon təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 28 - ci ildönümü ilə əlaqədar "Müstəqilliyə aparan yol" mövzusunda tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Mərkəzin nəznində fəaliyyət göstərən "bədii qiraət" dərnəyinin üzvlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi, Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət "Qan yaddaşımız" mövzusunda hazırladıqları rəsm sərgisinə baxış keçirildi.

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tarixinin 20 yanvar zirvəsi” adlı tədbir keçirildi. Sonda 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş slayd izləndi, “Şəhidlər ölməz, vətən bölünməz!” adlı sərgiyə baxış keçirildi.

Qusar rayon uşaq incəsənət məktəbində 20 yanvar  faciəsinə həsr olunmuş   tədbir   bir dəqiqəlik sükütla başlanmışdır. Məktəbin müəllim və şagird heyətinin timsalında faciəyə həsr olunmuş   rəsm və  əl işləri  nümayiş etdirilmiş,şeirlər söylənmiş,   həzin musiqi nömrələri ifa olunmuşdur.

Şabran rayon Mərkəzi Kitabxanada 20 Yanvar Ümumxalq hüzn günü  ilə əlaqədar  “Daima ürəklərdə yaşayan şəhidlər” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan “Tarixin qan yaddaşı” adlı kitab sərgisi nümayiş olundu.

Siyəzən rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyimizə gedən yol 20 Yanvar faciəsindən keçir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Keçirilən tədbirlərdə çıxış edənlər faciə haqqında məlumat verərək, bu qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini, faciə qurbanlarının vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirdilər.

XƏBƏRLƏR

21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi