Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
413

Dünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 7 iyulda keçirilən plenar iclasında UNESKO-nun Ümumdünya İrs Siyahısına təqdim edilən son iki nominasiyaya baxıldı.

Yamaykanın su altında qalmış Port Royal şəhəri ilə bağlı nominasiyası təkrar müzakirə olundu. 17-ci əsrdə salınmış şəhərin bir neçə il öncə təbii fəlakət nəticəsində su altında qalmış hissəsinin Ümumdünya İrs Siyahısına salınması təklif olunub.

ICOMOS-un bu barədə hesabatda qeyd edildi ki, Port Royal şəhərinin həm su altında qalan, həm də torpaq üzərində qalan hissələri birləşdirilərək bir nominasiya kimi qarşıdakı sessiyalarda baxılmaq təqdim edilsin.

Müzakirələr zamanı çıxış edən Karib dənizi hövzəsi ölkələrinin nümayəndələri nominasiyanın təxirə salınması ilə bağlı fikirlərini bildirdilər. Yamayka heyəti ICOMOS-un mövqeyi ilə razılaşdığı üçün nominasiya təxirə salındı.
Sonuncu məsələ Panamanın tarixi rayonu – Amerika qitəsində Sakit okean sahilində Avropa tipli ilk şəhər olan Panama Vyexo şəhərin xarabalıqları ilə bağı nominasiyası idi.

ICOMOS üzv dövlətin bu nominasiyanı hərtərəfli əsaslandırıb növbəti sessiyaların gündəliyinə salınmasını tövsiyə etdi. Geniş müzakirə yaranmadığı üçün qərar layihəsi qəbul edildi. İclasın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri  Əbülfəs Qarayev Panama nümayəndə heyətinə uğurlar arzuladı.

Bununla da Ümumdünya İrs Siyahısı ilə bağlı təqdimatlara baxılması başa çatdı.

Əsas nominasiyalar üzrə müzakirələr bitdikdən sonra işçi qruplarının birgə qərarları, siyahıda olan nominasiyaları üzrə xırda düzəlişlərə dair qərarları nəzərdən keçirilirdi. Tailand və Myanmanın vahid ekoloji sistemindəki Kenq Kraçan meşələri bağlı bir sıra məqamlar iki ölkə arasında və işçi qrupunda razılaşdırılaraq müvafiq qərar qəbul edildi. Daha sonra Ümumdünya İrs siyahısına daxil edilmiş nominasiyaların hüdudları ilə əlaqədar 13 kiçik dəyişiklik və düzəliş qəbul edildi.

Sessiya iyulun 8-də işini davam etdirəcək.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi