Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
695

Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist, Rusiyanın violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış ediblər. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı simfoniyası səsləndirilib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də ötən il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Bu gün də Üzeyir bəy ənənələri davam edir. Milli Musiqi Günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə gəlir. Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək Azərbaycan xalqının musiqi yaradıcılığı qüdrətini nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESKO tərəfindən qorunmaqdadır. Bu gün musiqi ictimaiyyətimizin nümayəndələri Fəxri xiyabanı ziyarət edərək Üzeyir Hacıbəyli, eyni zamanda, Müslüm Maqomayev və digər görkəmli bəstəkarlarımızın xatirəsini yad etdi. Musiqi günü münasibətilə Azərbaycanın bütün bölgələrində tədbirlər həyata keçirilir. Bundan əlavə, builki XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxtın bütün mədəniyyət müəssisələrində musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış musiqiçilərin əsərləri səslənəcək.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış edəcək. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında - Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, festival çərçivəsində sentyabrın 25-də Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaq. Həmin gün Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.

Festival günlərində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin, Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatları, Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və digər təqdimatlar keçiriləcək.

Festival sentyabrın 30-dək davam edəcək.

 

XƏBƏRLƏR

09.12.2019 09:14
Uşaqlarla xalça diyarına səyahət
07.12.2019 11:24
Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti
07.12.2019 10:44
Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətin hazırladığı “Solğun çiçəklər” tamaşasının premyerası olub
07.12.2019 10:05
“Bölgə” teatr truppası fəaliyyət sahəsini genişləndirir
06.12.2019 17:20
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə
06.12.2019 16:42
Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib
06.12.2019 16:03
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirildi
06.12.2019 15:23
Sumqayıtda yubiley tədbiri keçirilib
06.12.2019 15:10
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçiriləcəkdir
06.12.2019 14:53
Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
06.12.2019 10:49
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 10:29
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirilib
06.12.2019 10:07
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
06.12.2019 09:17
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 09:01
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub
06.12.2019 08:53
Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq
05.12.2019 17:19
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.12.2019 16:29
MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb
05.12.2019 14:27
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib
05.12.2019 12:05
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb
05.12.2019 11:37
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
05.12.2019 10:57
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
05.12.2019 10:19
“Yeddi nar çubuğu” səhnəyə gəlir
05.12.2019 09:14
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında dəyirmi masa keçirilib
05.12.2019 09:10
Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb
05.12.2019 09:06
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
04.12.2019 18:36
Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
04.12.2019 18:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub
04.12.2019 18:12
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir
04.12.2019 17:39
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.12.2019 16:30
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşüb