Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1928

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabadda MDB ölkələri elm və yaradıcı ziyalılarının XIV Forumunda iştirak edir

Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki,  MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Forumda mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, o cümlədən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və başqaları daxildir.

Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq”dur.

Tədbirin açılış mərasimimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Türkmənistanın MDB çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyi,  2012-ci ildə ölkənin Marı, 2016-cı ildə isə Daşoğuz şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan edildiyi diqqətə çatdırılır.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tədbirdə çıxış ediblər.

Forumun açılış mərasimindən sonra plenar və “Birliyin mədəniyyəti: dialoqun universal dili”, “MDB-də təhsil və elm: əməkdaşlığın yeni formatları”, “MDB-də kitab ili” mövzularında bölmə iclasları başlayıb.

İclaslarda elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə edirlər. MDB məkanında keçirilən “2019 – Kitab ili” ilə əlaqədar kitabların nəşri və oxunması mövzusu da diqqət mərkəzindədir. “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü çərçivəsində isə xüsusi iclasın keçirilməsi nəzərdə tutulur.

 

 

Bundan başqa, forumda MDB-nin əsas dövlətlərarası mükafatı -  "Birlik ulduzları"nın təqdimat mərasimi də keçirilib. Mükafata layiq görülənlər arasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayev də var. Forum mayın 16-da başa çatacaq. 

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb