Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
368

Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib

9 iyul 2018-ci il tarixində Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin rəisi İlyas Hacıyevin sədrliyi ilə müşavirə keçirilib.

Regional idarənin aparat işçiləri, baş mühasibi, Bərdə, Tərtər rayon, Yevlax və Mingəçevir şəhər üzrə nümayəndələr, Bərdə rayon  MKS-nin direktoru və digər rəhbər işçiləri iştirak etdiyi müşavirədə Mədəniyyət Nazirliyində aparılmış struktur islahatlarından və  6 iyun 2018-ci il tarixdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş keçirilən regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədən söz açılıb.

Çıxış edən regional idarənin rəisi İlyas Hacıyev ölkə başçısının 6 iyun 2018-ci il tarixdə imzaladığı Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman barədə danışıb və yeni strukturun tətbiqilə bağlı müşavirə iştirakçılarını məlumatlandırıb.

Daha sonra regional idarənin rəisi qarşıda duran vəzifələrdən, regional idarələr və mədəniyyət müəssisələri arasında qarşılıqlı təcrübə mübadilədən,  nəzərdə tutulan layihələrdən və regional idarənin də yüksək səviyyədə iştirak etdiyi Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 illik tariximiz” başlıqlı “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalında iştirak, o cümlədən təşkilati işlər barədə tapşırıqlarını verib.

Qeyd olunanlarla yanaşı regional idarənin rəisi elektron xidmətlərlə işin düzgün səviyyədə qurulması, ehtiyyat kadr və pullu xidmətlərlə keçidlə bağlı göstərişlərini də çatdırıb. O, həmçinin, qeyd edib ki, “Mədəniyyət sahədə çalışan şəxslər təşəbbüskarlıq və potensial imkanlarlarını yüksək səviyyədə üzə çıxarmalıdırlar və məqsəd mədəniyyətimizin davamlı inkişaf etdirilməsi, bu sahədə dövlət siyasətinin dəstəklənməsi və bacarıqlı ehtiyyat kadrların hazırlanmasıdır”.

İdarəçiliklə bağlı bütün parametlərə toxunan idarə rəisi səmərəliliyin artırılması barədə bəzi tövsiyyələrini də müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bütün bunlarla yanaşı regional idarənin rəisi İlyas Hacıyev regional idarələrin mətbuatla iş istiqamətində fəaliyyətindən danışıb və  bildirib ki, “Regional idarələrin keçirdiyi tədbirlərin yerli mətbuatda, televiziyalarda geniş işıqlandırılması olduqca vacibdir bu baxımdan KİV-lərlə geniş əlaqələr qurulmalıdır”.

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib