Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
328

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzləri ulu öndər Heydər Əliyevin zəngin irsini layiqincə təbliğ edirlər

Müasir və müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Şübhəsiz ki, bu istiqamətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük rolu vardır. Ümummilli lider Heydər Əliyevin çoxşaxəli  fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir. İllər ötməsinə baxmayaraq bu dahi şəxsiyyətin əziz xatirəsi daima hörmət və ehtiramla yad edilir.

Ulu öndər Heydər Əliyevin zəngin mədəni irsini, geniş fəaliyyətinin təbliğ edilməsi, gənc nəsillərə çatdırılması yolunda Heydər Əliyev Mərkəzlərinin böyük əhəmiyyəti vardır. Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə, Tərtər rayonlarında, o cümlədən Yevlax və Mingəçevir şəhərlərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri də bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirir və mərkəzlərin fəaliyyətini, iş prinsiplərini günün tələblərinə uyğun qururlar.

Sözü gedən mərkəzlərdən Bərdə rayon Heydər Əliyev Mərkəzinin 2006-cı il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılış mərasimi olmuşdur.

Mərkəz işini günün tələblərinə uyğun qurur və ulu öndər Heydər Əliyev ideyalarının təbliği, gənc nəsilə çatdırılması və möhkəmləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər.Mərkəzdə 2009-cu ildən komputer, rəsm və şahmat dərnəkləri, 2018-ci ildən isə kitabsevərlər klubu fəaliyyət göstərir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də xatirələrin toplanılması və tədqiqat işlərinin aparılması ilə bağlıdır. Belə ki, Ulu Öndərin Bərdə rayonuna səfərləri zamanı görüşdüyü əmək və elm adamları ilə görüşlər keçirilir, onların Ulu öndərlə bağlı xatirələri lentə alınır, çəkdirdikləri xatirə şəkilləri çoxaldılaraq muzeyin sərgi stendlərinə əlavə olunur.

Mərkəzdə həmçinin ulu öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti ilə bağlı tarixi günlərdə, həmçinin ölkəmizin tarixi ilə bağlı əlamətdar günlərdə Mərkəzdə müxtəlif tədbirlər həyata keçirilir. İl ərzində Bərdə rayon Heydər Əliyev Mərkəzini minlərlə insan ziyarət edir. 2018-ci ilin yanvarından cari ilin dekabr ayınadək Bərdə rayon Heydər Əliyev Mərkəzini 39412 nəfər ziyarət etmişdir.Onlardan 27 nəfəri isə xarici vətəndaşlardır. Ziyarətçilərdən Türkiyə, Rusiya, Gürcüstan, Pakistan, ABŞ, İran vətəndaşları daha da üstünlük təşkil edir.

Bərdə rayon Heydər Əliyev Mərkəzinin növbəti layihəsi isə məhz Asan Xidmət könüllüləri ilə birgə gənclərin mərkəzə daha da cəlb olunmasıdır.

Tərtər rayon Heydər Əliyev Mərkəzi 2012-ci il  oktyabr ayının 7-də ölkə rəhbəri Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilmişdir. Mərkəz rayon ərazisində Ulu Öndər irsinin rayon əhalisi və gənclərə çatdırılması sahəsində müntəzəm işlər aparır. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto sənədlərdən ibarət ekspozisiyalar yaradılmışdır. Rayon əhalisi, rayona gələn yerli və xarici turistlər mərkəzi ziyarət edərkən ekspozisiyalarda sərgilənən fotosənədlər vasitəsi ilə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə daha yaxından tanış olur və bu barədə geniş məlumatlar alırlar.

Mərkəzdə “Bacarıqlı əllər” və “Bədii qiraət”  dərnəyi fəaliyyət göstərir. Dərnək üzvlərinin əl işləri müxtəlif regionlarda təşkil olunmuş sərgilərdə nümayiş etdirilir. “Bədii qiraət” dərnəyinin üzvləri isə müxtəlif tədbirlərdə iştirak edirlər. Mərkəzdə Tərtər rayon MKS-nin filialı da fəaliyyət göstərir. Belə ki, kitabxananın fondunda 3700 sayda kitab vardır. Onlardan 1125 ədədi  Ulu Öndər  və Prezident İlham Əliyevə həsr olunmuş kitablardır.

Heydər Əliyev Mərkəzi rayon sakinlərinin və qonaqlarının ziyarətgahına çevrilib. Yaşından aslı olmayaraq hər kəs uşaqlar, gənclər, ahıllar mərkəzi ziyarət edirlər.

 

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu