Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
347

"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin  “Boqema” operasının tamaşası keçiriləcəkdir.

Tamaşada əsas partiyalardan biri olan Rudolfun partiyasını ifa etmək üçün Teatrın rəhbərliyi   gənc və istedadlı həmyerlimiz Azər Rzazadəni dəvət etmişdir. Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik  Opera və Balet Teatrının səhnəsində başlayan Azər sonradan təhsilini davam etdirmək üçün İtaliyaya getmişdi.  Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Tamaşada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin  laureatı Vladimir Qromov ifa edəcəkdir.

Mimi rolunda Azərbaycan Respublikasının Əməkdar artisti, "Humay" mükafatı laureatı Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edəcəklər. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen), Əməkdar artistlər Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) da iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı