Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1490

Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir

İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasına hazırlıqla bağlı növbəti toplantı keçirildi. Məlumat üçün bildirək ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir. Toplantıda çıxış edən mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayev sessiyaya hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Qeyd etdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin artan nüfuzundan xəbər verir.
Nazir çıxışında Azərbaycan-UNESCO münasibətlərinə də toxundu. Bildirdi ki, təşkilatla qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətləri var.
Qeyd olundu ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Təşkilat komitəsinin sədri vurğuladı ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur.
Bundan əvvəl keçirilən hazırlıq iclasından sonra, demək olar ki, görüləcək işlərin əksər hissəsi həyata keçirilib: “Biz tədbir günlərində bütün proses və davamiyyəti nəzarətdə saxlamalıyıq. Tədbirin keçiriləcəyi günlərdə bütün qərargahlar işini eyni səviyyədə həyata keçirməlidir. 2400-ə yaxın iştirakçının yerləşdiriləcəyi hotel və məkanlar qərargahlar tərəfindən nəzarətdə saxlanılmalıdır. Tədbir iştirakçıları dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir”.
Əbülfəs Qarayev diqqətə çatdırdı ki, sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni zənginliyimiz təcəssüm etdirilməlidir. İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dilini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.
Daha sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış etdi. O, tədbirin təşkilində dəstək olan dövlət qurumlarına təşəkkürünü bildirdi və UNESCO qərargahında keçirilmiş məlumat sessiyası ilə bağlı detalları diqqətə çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin sərəncamı ilə tədbir iştirakçılarının ölkəyə gəlişi asanlaşdırılıb və bu istiqamətdə əlavə tədbirlər həyata keçiriləcək. Prosesə 26 hotel cəlb olunub. Bakı Konqres Mərkəzində məlumat məntəqəsi və qaynar xətt fəaliyyət göstərəcək. Hazırda 122 ölkə və 2000-dən çox iştirakçı 14 kateqoriya üzrə qeydiyyatdan keçib. Qonaqlar üçün turlar və mədəni proqramlar təqdim olunacaq. Artıq hotellər qonaqları qarşılamağa tam hazırdır. Vurğulandı ki, sessiyanın açılış mərasimi əvvəlcə nəzərdə tutulduğu kimi, Qoşa Qala qapısında açıq havada deyil, Heydər Əliyev Mərkəzində reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq. Sessiya çərçivəsində iyunun 23-də “Gənc peşəkarların forumu” və iyunun 26-da “Abidə menecerlərinin forumu” təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda, o cümlədən Qəbələ, İsmayıllı və Lahıcda da tədbirlər keçiriləcək. Sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır. Bu məqsədlə Dövlət Reklam Agentliyinə müvafiq tapşırıqlar verilib. Mədəni proqramla əlaqədar “Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı nəşr olunacaq. Nazir Əbülfəs Qarayev iclasın sonunda bir daha əlaqədar qurumlara öz tapşırıq və tövsiyələrini verdi.

XƏBƏRLƏR

23.07.2019 18:06
“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin üçüncü mərhələsi keçirildi
23.07.2019 15:59
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23.07.2019 15:16
Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib
23.07.2019 14:16
Mədəniyyət mərkəzləri filiallarının müdirlərinin peşə səriştələri artırılır
23.07.2019 14:15
Amerikada Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib
23.07.2019 12:20
Azərbaycan-Yaponiya ekspedisiyası tərəfindən Damcılı mağarasında tədqiqatlar davam etdirilir
23.07.2019 10:42
Sumqayıtın 70 illiyi münasibətilə Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib
23.07.2019 10:36
Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə yekun vurub
22.07.2019 16:31
Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
22.07.2019 14:15
Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi
22.07.2019 12:20
Nazir Əbülfəs Qarayev “Real” televiziyasına müsahibə verib
22.07.2019 11:30
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
22.07.2019 11:02
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
22.07.2019 10:32
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu
19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub