Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
458

Şəkidə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Ədəbiyyat üfüqində doğan günəş” adlı tədbir keçirilib

İyunun 7-də Şəki Heydər Əliyev Mərkəzində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Ədəbiyyat üfiqində doğan günəş” adlı tədbir keçirilib. Mərkəzin foyesində təşkil edilmiş kitab və rəsm sərgisi ilə tanışlıqdan sonra Nəsiminin qəzəllərindən ibarət muğam ifaları səsləndirilib, “Nəsimi-650” videoçarxı izlənilib.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov, Şəki fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllimi Günel Məmmədova, liseyin şagirdi Təbəssüm Abdullazadə və Mərkəzin əməkdaşı Xuraman Səmədova çıxış ediblər.

Çıxışlarda Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiqi, şairin ardıcıllarının bədii dünyası, hürufilik fəlsəfi cərəyanı və həmin cərəyanın görkəmli nümayəndələri ilə bağlı təhlillərə geniş yer verilib.

Çıxışlardan sonra məktəblilərin ifasında “Ayrılır”, “Etməgil”, “Neylərəm”, “Apardı könül”, “Yanaram”, “Dünya duracaq yer deyil” qəzəlləri səsləndirilib və ən yaxşı ifaçılar diplomlarla mükafatlandırılıblar.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb