Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1070

Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin Səyyar yay seminar- treninqlərinin keçirilməsi haqqında müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə Şəmkir regional mədəniyyət idarəsində abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqə start verildi.

Qeyd edək ki, 10 iyul-14 iyul 2018-cı il tarixində Şəmkir regional mərkəz olmaqla  Göygöl, Gədəbəy və Daşkəsən rayonlarını əhatə edən Abidə mühafizələri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda təşkil edilmiş səyyar seminar-treninq bu gün saat 12-də öz işinə başladı. Treninq Mərkəzin direktoru Ramazan Şabanov tərəfindən açıq elan edildi. Açılışda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Arif Əliyev, Şəmkir Regional Mədəniyyət  İdarəsinin məsləhətçisi Sənan Məmmədli, Mərkəzin səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova və həmin bölmənin metodisti Türkan Həsənova da iştirak edir.

40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 31 nəfər abidə mühafizəçisi  iştirak edir. Treninqdə müzakirə olunan mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, eyni zamanda “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanun və bu qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi ,Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, Abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri  əhatə edir. Treninqə mütəxəssis-müəllim olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu, Tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov da cəlb olunmuşdur.

XƏBƏRLƏR

19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq