Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
641

Forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirilir

Mayın 2-də Bakı Konqres Mərkəzində V Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən Forum 100-dən çox ölkə və 30-dan artıq beynəlxalq təşkilatdan nümayəndələri bir araya gətirib.

Forum çərçivəsində Beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirildi. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzainin moderatorluğu ilə keçən iclasda “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda məruzələr dinlənildi.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al Nasif tərəfdaşlığın gücləndirilməsi istiqamətində BMT-nin rolu və görülən işlər barədə danışdı: “Dünya ölkələri Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdilər. Bu məqsədlər aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyən edəcək yeni inkişaf gündəliyinin təməlini qoyub. Bu məqsədlər həm də vətəndaş cəmiyyətinin səviyyəsinin bərqərar olmasına xidmət edir. Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində dünyada müqavimət və münaqişələrin aradan qaldırılmasında qadınların rolunu da gücləndirmək bizim iş prinsiplərimizdən biridir. Eləcə də gənclərin bu proqrama qoşularaq özlərini təsbit etmələrinə şərait yaradılır. Effektiv vətəndaş cəmiyyətinin yaradılması üçün mədəni-maarif təşviqatının aparılması da mühüm istiqamətlərdən biri kimi dəyərləndirilir. BMT özlüyündə həm də mədəni evdir. UNESCO-nun bu sahədə fəaliyyəti çox önəmlidir”.

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova məruzəsində bildirdi ki, Azərbaycanda dayanıqlı və inklüziv iqtisadi inkişafı təbliğ etmək, institusional bacarıqların, eləcə də səmərəli ictimai və sosial xidmətləri gücləndirmək, həmçinin ətraf mühitin idarə edilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığı artırmaq əzmindəyik: “Yeni Qlobal Məqsədlər buna nail olmaqda bizə kömək edəcək. Məqsədlər bizim ətraf mühiti qorumaqla bərabər, ləyaqət, bərabərlik, ədalət, hər kəs üçün ümumi rifah və firavanlığın təşviqi uğrunda birgə fəaliyyətimizi zəruri edir”.

Nazir müavini həmçinin diqqətə çatdırdı ki, bu ilin sonunda Azərbaycan Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli forumda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair hesabatını təqdim edəcək. Hesabatda ölkəmizin milli inkişaf gündəliyi, konsepsiyaları, Dayanıqlı İnkişaf Məqsədlərinin 62 faizini əhatə etməsinə dair məlumatlar yer alıb. Qalan 38 faizi isə 2030-cu ilə qədər planlarımızda əhatə etməyi nəzərdə tuturuq. Biz bunu beynəlxalq təşkilatlarla etmək niyyətindəyik. Hesabatın təqdim edilməsində məqsəd aparılan işləri nəzarətdə saxlamaqdan ibarətdir. Biz az sayda ölkələrdənik ki, könüllü şəkildə 2017-ci ildə BMT-yə hesabatı təqdim etmişik. Azərbaycan artıq qeyd edilən məqsədlərdən bir çoxuna nail olub. Hazırda ölkəmizdə yoxsulluq səviyyəsi 5 faiz təşkil edir. Bu, bəzi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağı göstəricidir. Yarımillik Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması forumunu Azərbaycanda təşkil edəcəyik, orada bütün ölkələr öz planlarını, təcrübələrini bölüşmək imkanlarını qazanacaqlar".

Sevinc Həsənova qeyd etdi ki, hazırda Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesindədir: “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən hər il hesabatlar hazırlanır və ölkə başçısına təqdim edilir. Bu, ölkəmizin 2030-cu ilədək inkişaf yolunu göstərir və bələdçi rolunu oynayır. Gələn il "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasını yekunlaşdıracağıq və daha sonra növbəti 10 illik proqram üzərində çalışacağıq".

Sonra iclasda UNİSEF-in uşaq müdafiəsi üzrə Avropa və Mərkəzi Asiya üzrə regional məsləhətçisi Aaron Qrinberq, BMT-nin İnkişaf Proqramı İstanbul Regional Mərkəzində Dayanıqlı inkişaf komandasının rəhbəri Corc Bouma, BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter məruzələrində Azərbaycan hökumətinə ev sahibliyinə görə təşəkkür edərək qurumların fəaliyyəti haqqında qısa hesabatlarla çıxış etdilər.

Vurğulandı ki, hər il Dayanıqlı İnkişaf Məqsədləri üçün erkən uşaqlıq inkişafı layihələrinə, onların bərabərsizliyi naminə böyük məbləğdə sərmayələr qoyulur. Sosial ədalət və bərabərsizlik üçün ayrılan vəsait eyni zamanda xidmətlərə çıxış əldə etməlidir. Dünyada insanların gəlir bərabərsizliyi siyasətlə əlaqələndirilir. Dayanıqlı İnkişaf Məqsədləri üzərində çalışarkən bu sahədə ölkələrin düzgün inkişaf konseptinə də nəzər yetirmək zəruridir.

Daha sonra iclas müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

19.08.2019 15:50
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib