Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
472

Forum iştirakçılarının gəliş günü

Dünya İrs Komitəsinin bu ilin 30 iyun - 10 iyul tarixlərində Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edir. Belə ki, dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi 24 iyun – 02 iyul tarixində Bakıda baş tutacaq Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda iştirak edəcəkdir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun bu ilki mövzusu “Ümümdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar” olacaqdır. 

23 iyun tarixində təşkilatçılar tərəfindən Forum iştirakçılarının qarşılanması və Boulevard Baku Otelində yerləşdirilməsi həyata keçirilmiş, onlara Forumda iştirakla bağlı bütün zəruri məlumatlar verilmişdir. Günün sonunda, Forum iştirakçıları üçün Dağüstü Parka səfər təşkil edilmişdir. Burada onlar həmçinin Şəhidlər Xiyabanını da ziyarət etmişlər.

Gənc Peşəkarlar Forumunun ümumi məqsədi 21-ci əsrdə dünyada irsin idarəedilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Forumun proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, tədbirin ilk 4 günü fərqli məkanlarda baş tutacaqdır: 1. Azərbaycan Memarlıq və İnşaat Universiteti, 2. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 3. Qobustan dövlət tarixi-bədii qoruğu və 4. tarixi Qəbələ-İsmayıllı-Lahıc bölgəsi. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər və həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla